Robert Prosineçki Bakıda
Tarix: 24.11.2014 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Azərbaycan millisinin baş məşqçi vəzifəsinə namizədlərdən biri olan Robert Prosineçki Bakıya gəlib. Xorvatiyalı mütəxəssis dünən Topaz Premyer Liqasının XIII turu çərçivəsində “Dalğa Arena”da keçiriləcək “Xəzər-Lənkəran” - “Neftçi” qarşılaşmasını izləyib.
O, ölkəmizin futbol təsərrüfatı ilə tanış olduqdan sonra AFFA rəhbərliyi ilə danışıqların növbəti mərhələsinə başlayacaq. Daha çox futbolçu kimi məşhurlaşan Prosineçki məşqçilik fəaliyyətinə 2006-cı ildə başlayıb. Ölkəsinin əsas yığmasında Slaven Biliçin köməkçisi kimi gələn futbol veteranı 4 il bu postda qalıb. 2010-cu ildə baş məşqçi kimi “Srvena Zvezda”ya qayıdan mütəxəssis 2012-ci ilədək burada çalışıb. 2012-ci ildə Türkiyənin “Kayserispor” klubunun “sükanı arxasına” keçən xorvatiyalı 2013-cü ilin sonunadək bu postda qalıb. Onun məşqçi kimi yeganə uğuru 2011/12 mövsümündə Serbiya kubokunu qazanması olub. Qeyd edək ki, 45 yaşlı Prosineçki zəngin futbolçu karyerasında Yuqoslaviya (1989-91) və Xorvatiya (1994-2002) millilərində, “Dinamo” (Xorvatiya), “Srvena Zvezda” (Serbiya), “Real”, “Ovyedo”, “Barselona”, “Sevilya” (hamısı İspaniya, “Standard” (Belçika), “Portsmut” (İngiltərə), “Olimpiya” (Sloveniya), “Hrvatska Draqovolyats”, “Zaqreb” (hər ikisi Xorvatiya) klublarında çıxış edib. Xorvatiyalı dünya çempionatının bürünc mükafatçısı (1998), Çempionlar kubokunun qalibi (1990/91), gənclər arasında dünya çempionu (1987), U-21-lərin Avropa ikincisi (1990) olub. Maraqlıdır ki, həmin finalda Yuqoslaviya millisini Tərlan Əhmədovun da heyətində olduğu SSRİ millisi məğlub edib.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info