ABŞ-da etiraz aksiyaları yenidən baş qaldırdı
Tarix: 25.11.2014 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


ABŞ-ın Ferqüsson şəhərində qara dərili gənci güllələyən polis əməkdaşının cinayət məsuliyyətinə cəlb edilməməsi barədə məhkəmənin qərarından sonra yenidən etirazlar başlayıb.
CNN-nin verdiyi məlumata görə, jürinin qərarının elan olunmasından sonra şəhərin küçələrinə toplaşmış insanlar buna etirazlarını bildiriblər. Aqressiv əhval-ruhiyyəli bəzi sakinlər hüquq-mühafizə orqanları əməkdaşlarının avtomobillərinə hücumlar edərək onlara “butılka”lar atıblar. Bəzi radikallar mağazalara da hücumlar edib. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edərək onları dağıtmağa çalışıb.
Qeyd edək ki, qara dərili gənc Maykl Braunu güllələyən ağ dərili polis Darren Uilson barədə məhkəmə qərarı noyabrın 24-də gecə yarısı elan olunub. Andlılar məhkəməsi onu cinayət məsuliyyətinə cəlb etmək üçün əsas olmadığı qənaətinə gəlib. M. Braunun ailəsi bu qərardan dərin məyusluq keçirdiyini bildirib.
Xatırladaq ki, qətl hadisəsi avqustun 9-da baş verib. Bəzi şahidlər polislə gənc arasında mübahisə baş verdiyini deyiblər. Gəncin əlini qaldırmasına baxmayaraq, polis ona dəfələrlə atəş açıb. Lakin polisin versiyasına görə, Braun polisə hücum edib. Olaydan sonra Ferqüssonda bir neçə həftə davam edən iğtişaş baş verib.
Qeyd edək ki digər, ştatlar və şəhərlərdə də məhkəmənin bu qərarına etiraz ediləcəyi gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
İran nüvə razılaşması çərçivəsində öhdəliklərinin azaldılması barədə hesabat təqdim edəcək
16.06.2019
Türkiyədə 8 terrorçu zərərsizləşdirilib
16.06.2019
Çexiyada Xocalı və Liditse faciəsi qurbanlarının xatirəsi anılıb
16.06.2019
Slovakiyanın ilk qadın prezidenti vəzifəyə başladı
16.06.2019
İran prezidenti və Qətər əmiri görüşdülər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info