“Sığortanın əsasları” mövzusunda təlim keçirilib
Tarix: 25.11.2014 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) tərəfindən Azərbaycan Sığortaçılar Assosiasiyasının dəstəyi ilə “Sığortalı Gənclik” layihəsi çərçivəsində həyata keçiriləcək “Bakı Gənclər Debat Forumu – Payız 2014” – ün iştirakçıları üçün “Sığortanın əsasları” mövzusunda təlim keçirilib. Layihə çərçivəsində Bakı şəhərinin 6 ali təhsil müəssisəsindən 32 nəfər gəncin iştiraki ilə əhatə keçirilən təlim “Gənclər Evi” - ndə keçirilib.
Təlimin məqsədi “Bakı Gənclər Debat Forumu – Payız 2014” – də iştirak edəcək natiqlərin sığorta sahəsi ilə bağlı bilik və bacarıqlarının artırılmasıdır.
Təlim zamanı təcrübəli ekspertlər tərəfindən təlim iştirakçısı olan gənc natiqlərə sığortanın əsasları haqqında ümumi biliklər verilib, mövzu ilə əlaqədar video çarx nümayiş olunub, gənclərin sığorta ilə bağlı sualları cavablandırılıb və sığorta sahəsi üzrə nəzəri biliklərini artırılmasını təmin edən Sığorta Bələdçisi adlı jurnal gənclərə təqdim olunub.
“Bakı Gənclər Debat Forumu – Payız 2014” çərçivəsində həyata keçirilən “Sığortanın Əsasları” mövzusunda təlimin növbəti günü 29 noyabr 2014 cü il tarixi saat 11:00 – dır.
Xatırladaq ki, “Sığortalı Gənclik” layihəsi Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, DVC (“Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi”), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində keçirilən təlimlər ümumilikdə Bakı şəhərinin 15 ali təhsil müəssisəsindən 1000 nəfər gənci əhatə edir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
“Bizim həyət”: abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
18.02.2019
Sahil Babayev Sabirabad rayonunda 4 şəhər və rayonun sakinləri ilə görüşəcək
18.02.2019
Yaxın günlərdə Azərbaycanda ilk “DOST” mərkəzi açılacaq
18.02.2019
“ASAN xidmət”in səyyar avtobusunun növbəti dayanacağı Biləsuvar olub
18.02.2019
Bu günədək 3758 şəhid üzrə 5144 vərəsəyə birdəfəlik ödəmə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10601

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
5 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info