“İŞİD”-ə görə yeddi min nəfərin Türkiyəyə girişi qadağan edilib
Tarix: 25.11.2014 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


“İŞİD” terror təşkilatının sıralarına qoşulmuş yüzdən artıq Türkiyə vətəndaşı döyüşlər zamanı öldürülüb”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Bu barədə “Kanal7” məlumat yayıb. Onun sözlərinə görə, “İŞİD” sıralarına qoşulan Türkiyə vətəndaşlarının sayı 600-ə çatır. Çavuşoğlu onu da bildirib ki, bu terror təşkilatı ilə mübarizə çərçivəsində 100 nəfər Türkiyədən deportasiya olunub, yeddi min nəfərin ölkəyə girişi qadağan edilib.
XİN rəhbərinin sözlərinə görə, “İŞİD” ilə mübarizə aparmaq istəyən ölkələr kəşfiyyat materiallarının mübadiləsi sahəsində Türkiyə ilə əməkdaşlıq etməlidirlər.
Bir müddət əvvəl ölkənin ədliyyə naziri Bəkir Bozdağ bildirmişdi ki, Türkiyədə “İŞİD” terror təşkilatı ilə əlaqəyə görə 2 760 nəfər həbs olunub. Onun sözlərinə görə, həbs olunanların ümumi sayından 16 nəfər Türkiyə, 700 nəfər isə Suriya vətəndaşıdır.
Nazir həbs olunan digər 2044 nəfərin hansı ölkələrin vətəndaşı olduğu barədə məlumat verməyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Çində İkinci Dünya müharibəsindən qalan artilleriya mərmisi tapılıb
18.03.2019
Avstriyanın Zaltsburq şəhərində Novruz şənliyi keçirilib
17.03.2019
Beynəlxalq koalisiya Suriyaya zərbə endirdi
17.03.2019
İndoneziyanın Papua əyalətindəki seldə 50 nəfər həyatını itirdi
17.03.2019
Dünya niyə bu hadisəni törədənə terrorçu demədi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info