MTRŞ sədri: “Cəmiyyət telekanallardan yüksək səviyyəli verilişlər tələb edir”
Tarix: 25.11.2014 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


“Bir zaman telekanallarla bağlı həyəcan təbili çalırdıq, biz onun qarşısını ala bildik. Bundan sonrakı mərhələdə keyfiyyətli verilişlərin sayını artırmaq lazımdır”.
Bunu Elektron Mediaya Yardım Fondunun “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında Milli Televiziya və Radio Şurası (MTRŞ) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair keçirilən konfransda Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Xarici və Rusiya telekanallarında reklamların qiymətinin Azərbaycan telekanalları ilə müqayisədə dəfələrlə çox olmasına diqqət çəkən MTRŞ sədri deyib ki, cəmiyyət telekanallardan yüksək səviyyəli verilişlər tələb edir, ancaq telekanallar reklamlarla dolanır, verilişləri hazırlayanlar reklamlardan gələn gəlirlərdən əmək haqqı alırlar: “Biz bu məqamı nəzərə almalıyıq. Yeri gəlmişkən, kimi danışdırırsan, deyir ki, xarici telekanala baxırıq. Amma biz öz telekanallarımıza da baxmalıyıq. Məsələn, Azərbaycanda italyan mağazaları da var, ancaq biz təkcə o mağazaya yox, yerli mağazaya da daxil oluruq. Telekanallara da münasibətimiz belə olmalıdır. Çalışacağıq ki, MTRŞ olaraq telekanallarda müəyyən nöqsanları səlahiyyətlərimiz səviyyəsində aradan qaldıraq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info