Texnikumlara və ali məktəblərin bəzi ixtisasları üzrə qəbul zamanı vahid imtahan tətbiq olunacaq
Tarix: 25.11.2014 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Gələn ildən ali məktəblərə qəbul ilə bağlı qaydaların liberallaşması nəzərdə tutulur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib ki, keçən ildən başlayaraq 9 illik bazadan texnikumlara buraxılış imtahanı nəticəsində abituriyentlərin qəbul aparılırdı, lakin gələn ildən 11 illik bazadan texnikumlara qəbul buraxılış imtahanının nəticəsində aparılacaq: “Onlar qəbul imtahanı vermədən buraxılış imtahanlarının nəticələrinə əsasən texnikumlara qəbul ola biləcəklər. Təbii ki, XI sinif şagirdlərinə həm də ali məktəblərin imtahanlarında iştirak etmək imkanı verilir. Şagirdlərin seçimindən asılı olaraq onlar ya ali məktəblərə sənəd verə bilərlər, istəmirlərsə buraxılış imtahanı nəticəsində texnikuma qəbul ola biləcəklər”. M. Abbaszadə əlavə edib ki, daha bir yeniliyə əsasən, gələn ildən III qrupda qabiliyyət tələb edən ixtisasları və IV qrupda qabiliyyət tələb edən idman ixtisaslarına qəbul buraxılış imtahanı və qabiliyyət imtahanı nəticəsində aparılacaq. Onun sözlərinə görə, bu da qəbul imtahanlarında iştirak edən uşaqların daha da ciddi hazırlaşmalarına əlavə imkan yaradacaq: “Uzun illərdir gileylənirik ki, qabiliyyət tələb edən ixtisaslara gedən şagirdlərin göstəriciləri aşağı olur. Bu göstərici 100-200 arasında dəyişir. Son 20 ildə III qrupda yaradıcılıq tələb edən ixtisaslarda (aktyorluq, musiqi, rəssamlıq, rejissorluq) 5 fənndən yaxşı nəticə göstərən uşaqlar az olub. Onlar yaxşı hazırlaşmırlar, bəlkə də onlar üçün çətindir. Amma indi onlara imkan verilir ki, 3 fənndən – Ana dili, Riyaziyyat və Xarici dildən hazırlaşaraq ali məktəbə qəbul ola bilsinlər. Lakin burada bir məsələ var. Əgər onlar buraxılış imtahanında “2” alsalar da attestat alacaq, amma onların balları qabiliyyət imtahanında iştirak etməyə imkan verməyəcək. Buraxılış imtahanında hər bir fənn üzrə 10 bal məhdudiyyəti qoyulur. Onlar hər bir fənn üzrə 30 sualdan ən azı 8-nə cavab verdikləri halda, qabiliyyət imtahanda iştirak edə biləcəklər”.
Əvvəlki illərin məzunlarına gəlincə, TQDK sədri qeyd edib ki, onlar yalnız texnikumlara qəbul olmaq istəyirlərsə, ərizə verərkən bunu sənədlərində qeyd edirlər. Onun sözlərinə görə, bununla da onlar eksternat buraxılış imtahanlarında iştirak edəcəklər: “Əgər onlar qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyirlərsə, yenə də eksternat buraxılış imtahanlarda iştirak etməlidirlər. Əgər ali məktəblərin ümumi ixtisaslarının müsabiqəsində iştirak etmək istəyirlərsə, o zaman onlar qəbul imtahanlarında iştirak etməli olacaqlar”.
M. Abbaszadə vurğulayıb ki, bu qaydalar tam şəkildə 1 nömrəli “Abituriyent” jurnalında çap olunacaq. O qeyd edib ki, qaydalar ekspertlər tərəfindən bəyənilib və təsdiq olunub. Qaydaların hüquqi müstəvidə təsdiqi bu yaxınlarda gözlənilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info