Ədəbiyyat İnstitutunda YAP-ın 22-ci ildönümü qeyd edilib
Tarix: 25.11.2014 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda YAP Yasamal rayon təşkilatı ilə birlikdə Yeni Azərbaycan Partiyasının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Yeni Azərbaycan Partiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Yeni Azərbaycan Partiyasının yaradılma tarixindən, davamlı ənənələrindən və müasir inkişaf proseslərindən elmi şəkildə bəhs edilib.
Yeni Azərbaycan Partiyası Nizami adına Ədəbiyyat İnstitutu ilk partiya təşkilatının sədri Xədicə İskəndərli təmsil etdiyi elmi-tədqiqat institutunda həyata keçirilmiş ideoloji tədbirlərdən söz açıb. Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov partiya quruculuğu istiqamətində keçilmiş məsuliyyətli və şərəfli yolun böyük hadisələrini diqqət mərkəzinə çəkib, gənc alimlərə tövsiyələrini çatdırıb.
Çıxış edənlər – YAP Yasamal rayon təşkilatı idarə heyətinin üzvü Tağı Əhmədov, Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Qəzənfər Paşayev və başqaları müstəqil Azərbaycan dövlətinin tarixində və müasir inkişafında Yeni Azərbaycan Partiyasının böyük rolunu yüksək qiymətləndiriblər.
Tədbirdə Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşlarından bir qrupuna Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.
Tədbiri yekunlaşdıran AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qarşıda duran vəzifələrdən danışıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Leyla Əliyeva Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub
24.05.2019
“Vikipediya”da Cavad Heyətlə bağlı olan məqalə redaktə olunub
24.05.2019
“Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsi icra edilir
24.05.2019
Vergi sirri haqqında məlumatlar Hesablama Palatasına da veriləcək
23.05.2019
FHN-in Akademiyasında Nəsiminin yubileyi qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info