Ukraynada Böyük Vətən müharibəsi ilə bağlı yeni qalmaqal
Tarix: 25.11.2014 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Böyük Vətən müharibəsi ilə bağlı hissə Ukraynanın tarix kitablarından çıxarılacaq.
"İTAR-TASS"-ın verdiyi xəbərə görə, bunu Ukrayna Milli Yaddaş İnstitutunun direktoru Vladimir Viyatoviç deyib.
“Sovet propaqandası və ilk növbədə Böyük Vətən Müharibəsi ilə bağlı miflər tədris materiallarından və dərsliklərindən çıxarılmalıdır. Bizim üçün İkinci Dünya müharibəsi 1 sentyabr 1939-cu ildə başlayıb və bizim bu müharibənin zamanını, dəhşətli nəticələrini azaltmaq hüququmuz yoxdur” - deyə o vurğulayıb.
Ukraynanın Təhsil Nazirliyi hələ ki məsələyə münasibət bildirməyib.
Qeyd edək ki, sabiq prezident Viktor Yuşşenkonun dövründə Böyük Vətən müharibəsi ilə bağlı bölmə tarix kitablarından çıxarılsa da, sonrakı prezident Viktor Yanukoviçin dövründə yenidən dərsliklərə qaytarılıb.
Yenidən belə addımın atılacağı təqdirdə rusdilli əhali arasında narazılığın artacağı gözlənilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Yerevanda “Rusiyada necə inqilab etməli?” kursları keçirilib
15.02.2019
«Ermənilər xarici yardım hesabına yaşamağa alışıblar»
15.02.2019
Yerevanda avtobus sürücüləri tətil edirlər
15.02.2019
İslamabadda “İpək yolunun dostları” təşəbbüsünə start verilib
15.02.2019
ABŞ Rusiya ilə Almaniya arasında “Berlin divarı” çəkə biləcəkmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info