ABŞ-dakı iğtişaşlarda xəsarət alanlar var-yenilənib
Tarix: 25.11.2014 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


ABŞ-ın Ferqyuson şəhərində (Missuri ştatı) davam edən iğtişaşlardan sonra ən azı 14 nəfər tibbi yardım üçün müraciət edib.
TASS agentliyinin verdiyi məlumata görə, yerli polis rəisi Con Belmar bildirib ki, hüquq-mühafizə orqanları hadisələrin bu cür gedişatına hazır olublar: "Onların əsas məqsədi insanların həyatını qorumaq olub. Lakin mövcud vəziyyət avqustdakı hadisələrdən daha mürəkkəbdir".
Polis gecə ərzində şəhərdə 29 nəfəri həbs edib. Şəhərə Milli Qvardiyanın əlavə qüvvələri yeridilib.
Xatırladaq ki, bazar ertəsi andlılar kollegiyası avqustda silahsız qara dərili amerikalı yeniyetməni güllələyən polis barəsində ittiham irəli sürməkdən imtina edib. Qərar elan edildikdən dərhal sonra Ferqyusonda etiraz aksiyaları başlayıb. Polis etiraz aksiyasının iştirakçılarına qarşı tüstü bombaları və gözyaşardıcı qaz tətbiq edib. Yerli KİV etirazçıların mağazaların vitrinlərini sındırdıqlarını, qarət və yanğınlar törətdiklərini yazır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info