Naxçıvanda bərpa olunan alternativ enerji mənbələrindən istifadəyə geniş yer verilir
Tarix: 25.11.2014 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Naxçıvan Biznes Mərkəzində Günəş enerjisindən istifadə məsələləri ilə bağlı Naxçıvana dəvət olunmuş belçikalı qonaqlarla muxtar respublikanın bu sahə üzrə mütəxəssisləri arasında müzakirələr aparılıb.
Belçikanın “Soltehc” şirkətinin baş meneceri Mişel Kallerami, şirkətin mühəndisi Jerome Alba və Lommel şəhəri merinin məsləhətçisi Elnur Əliyevin iştirakı ilə keçirilən müzakirələrdə Naxçıvanda Günəş enerjisindən istifadə üzrə yeni innovativ layihələrin imkanları qiymətləndirildi.
Bildirildi ki, Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi məsələlərinin həll olunmasında növbəti mərhələ kimi bərpa olunan alternativ enerji mənbələrindən istifadəyə geniş yer verilir. Naxçıvandakı küləkli və günəşli günlərin enerji potensialından istifadə olunması dövlət proqramlarında da öz əksini tapıb. Muxtar respublikanın enerji ehtiyaclarının tamamilə yerli imkanlar hesabına ödənilməsi üçün belə layihələrin tətbiqi gələcəkdə böyük perspektivlər vəd edir.
Qeyd edək ki, belçikalı qonaqlar Naxçıvan şəhərindəki Heydər Əliyev muzeyi, Naxçıvan Biznes Mərkəzində yerli məhsulların sərgisi, qədim şəhərin görməli yerləri, tarixi abidələri, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olublar.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Xızıda yol tikintisinə 850 min manat ayrılıb
22.02.2019
“Binə”dən oğurluq edən şəxs saxlanılıb
22.02.2019
Naxçıvanda ət istehsalı 3,1 faiz, süd istehsalı isə 1,6 faiz artıb
22.02.2019
Son beş ildə Tərtərdə 80 yeni subartezian quyusu qazılıb
21.02.2019
Dövlətin mühüm sosial layihəsi: hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info