“Eurasiareview.com” Ermənistanın təcavüzkar siyasətindən yazdı
Tarix: 25.11.2014 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


"20-ci əsrin ən böyük faciələrindən biri, Ermənistan hərbçiləri tərəfindən təşkil olunan, nəticədə ən azı 613 azərbaycanlının həlak olduğu Xocalı qırğını 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verdi". “Trend” xəbər verir ki, bu barədə "Eurasiareview.com” saytında dərc olunmuş məqalədə deyilir.
Məqalədə Avropa üzrə Azərbaycan İnformasiya Mərkəzinin baş redaktoru Tale Həsənovun dediklərindən sitat gətirilir: “Qocaların və uşaqların vəhşicəsinə qətlə yetirildiyi Xocalı faciəsini bütün dəhşəti ilə dərk etmək ağırdır”.
Məqalədə deyilir: “Dağlıq Qarabağ münaqişəsi müasir tarixin ən uzun sürən münaqişələrindən biri oldu. Bu münaqişə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunda və ətraf rayonlarda davam edən təxribatı səbəbindən 20 ildən artıqdır ki, davam edir”.
Məqalə müəllifi yazır ki, burada ermənilər tərəfindən tez-tez silahlı təxribatlar törədilir və bütün bunlar bu gün öz əzəli torpaqlarında yaşayan azərbaycanlı əhalinin həyatını təhdid edir: "Bu insanlar daim Azərbaycanla mövcud olan atəşkəs rejimini pozmağa çalışan Ermənistan SQ kəşfiyyat hissələrinin hücumlarına məruz qalırlar".
Məqalədə Xocalı faciəsi ilə bağlı britaniyalı jurnalist, “Qara bağ: Ermənistan və Azərbaycan sülh və müharibə arasında” kitabının müəllifi Tomas de Vaalın “Görünür, Ermənistan prezidenti Serj Sarkisyan həmvətənləri tərəfindən qonşu Azərbaycanın dinc əhalisinə qarşı törədilən kütləvi qırğına görə fəxr edir və açıq şəkildə üzr istəmək niyyəti yoxdur” fikirləri sitat gətirilir.
Qeyd olunur ki, 1980-ci illərin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından başlayaraq uzanan qanlı müharibə Dağlıq Qarabağdan və ətraf rayonlardan olan minlərlə dinc azərbaycanlının məcburi köçkünə çevrilməsinə gətirib çıxardı və onlar hazırda Azərbaycanda 1600-dən artıq düşərgədə yaşayırlar.
Materialda bildirilir ki, 2015-ci il fevralın 26-da Xocalı soyqırımının 23 ili tamam olur.
Müəllif yazır: "Təəssüf ki, Ermənistan rəhbərliyi bu gün də meydan oxumaqda davam edir və bu ölkənin təcavüzkar siyasəti 1980-ci illərin sonundan dəyişməyib".
Məqalədə deyilir ki, Ermənistan prezidenti ermənilərin dinc azərbaycanlı əhaliyə qarşı Xocalıda törətdikləri soyqırıma görə üzr istəməyə hazır deyil.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir
18.03.2019
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında Memorandum imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info