“Azərbaycanda bir sıra sahələrə investisiya yatırılması ilə bağlı danışıqlar aparılır”
Tarix: 25.11.2014 | Saat: 21:58:00 | E-mail | Çapa göndər


“İqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Birgə Hökumətlərarası Komissiyası ölkələrimiz arasında ticarət mübadiləsinin artırılmasında və birgə investisiyaların yatırılması sahəsində bir çox nailiyyətlər əldə edib”.
Bu sözləri BƏƏ-nin iqtisadiyyat naziri, hökumətlərarası komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansuri AzərTAc-a qurumun Bakıda keçirilmiş beşinci iclasının nəticələri ilə bağlı müsahibəsində deyib. Nazir turizm sahəsində əməkdaşlıqdan danışarkən bildirib ki, ölkəsinin vətəndaşları gəzməli, görməli yerlərlə zəngin olan Azərbaycana, eləcə də azərbaycanlılar Birləşmiş Ərəb Əmirliklərinə səyahət edirlər. Gələcəkdə BƏƏ-dən Azərbaycana turistlərin gətirilməsi üçün ixtisaslaşmış nəqliyyat şirkətləri fəaliyyət göstərəcək. Sultan Bin Səid Əl Mansuri deyib ki, hazırda Azərbaycan tərəfi ilə kənd təsərrüfatı, infrastruktur, “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində yeni sahələrə investisiya yatırılmasına dair danışıqlar aparılır. Nazir BƏƏ-nin logistika, alternativ və bərpa olunan enerji sahəsindəki təcrübəsini Azərbaycan ilə bölüşməyə hazır olduğunu, ölkəsi tərəfindən Azərbaycanda qaz sahəsi ilə yanaşı, külək enerjisi sahəsinə də investisiya yatırılmasının mümkünlüyünü bildirib. Sultan Bin Səid Əl Mansuri qeyd edib ki, bütün bu sahələrdəki imkanlardan yararlanmaq üçün tərəflər birgə qrupun yaradılması ilə bağlı razılığa gəliblər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info