Naxçıvandan İrana çuğundur ixracı bərpa olunacaq
Tarix: 25.11.2014 | Saat: 22:06:00 | E-mail | Çapa göndər


Yaxın zamanlarda Naxçıvan Muxtar Respublikasından İranın Qərbi Azərbaycan əyalətində yerləşən Xoy şəkər zavoduna çuğundur ixracı bərpa olunacaq.
Bunu İranın Qərbi Azərbaycan əyalətinin başçısı Qurbanəli Səadət bu ölkədə səfərdə olan azərbaycanlı jurnalistlərlə görüşündə deyib. Q.Səadət bildirib ki, sözügedən zavod əvvəllər şəkər çuğundurunu Naxçıvandan alırdı. Bir müddətdir ki, Naxçıvandan bu zavoda çuğundur ixracı dayanıb: "Bu işin cari ildə reallaşdırılması barədə razılığa gəlinmişdi. Amma gec olduğu üçün qaldı. Yenidən Naxçıvandan çuğundurun Xoy şəkər zavoduna gətirilməsi prosesi bərpa olunacaq”. Qeyd edək ki, 2011-ci ildə Naxçıvan Muxtar Respublikasından İranın Qərbi Azərbaycan əyalətinə çuğundur ixrac edilirdi. Azərbaycan və İran arasında imzalanmış müqaviləyə əsasən, Naxçıvandan İranın Qərbi Azərbaycan əyalətinə ildə 40 min ton çuğundur ixrac olunurdu. Bunun üçün Naxçıvan MR-də 1600 hektar ərazidə çuğundur əkilməsi haqqında saziş imzalanmışdı. Naxçıvandan gətirilən çuğundur İranın Xoy şəkər zavodunda emal olunurdu. Q.Səadət Qərbi Azərbaycan əyalətində mövcud olan iqtisadi, sənaye və turizm potensialından da danışıb: “Əyalətin turizm potensialı böyükdür. Burada həm tarixi abidələr, həm də gözəl təbiət var. Tarixi abidələr əyalətin müxtəlif yerlərindədir”. Onun sözlərinə görə, əyalətdə iki böyük neft-kimya zavodu var ki, onlardan biri Maku Azad Ticarət Zonasında yerləşir: "Əyalətdə 2800 zavod fəaliyyət göstərir və onlar ayrı-ayrı şəhərlərdə yerləşir, lakin böyük əksəriyyəti Xoy, Mahabad və Urmiyadadır". Qərbi Azərbaycan əyalətində kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətlərdən danışan Q.Səadət deyib ki, əyalət əkinçilik, bağçılıq, maldarlıq sahəsində keçirilən müsabiqələrdə dəfələrlə ilk yerləri tutub. Qeyd edək ki, İranın Qərbi Azərbaycan əyaləti üç ölkə - Azərbaycan, Türkiyə və İraqla həmsərhəddir. Burada istehsal olunan məhsulların 70 faizi İraqa ixrac edilir. Bundan başqa, Türkiyə, Azərbaycan və digər ölkələrə də məhsul ixrac olunur.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19.04.2019
Bakıda İran Ticarət Mərkəzi açılıb
19.04.2019
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19.04.2019
Qış havası olacaq: şimşək çaxacaq, yağış yağacaq, qar yağacaq...
19.04.2019
Hacıqabulda avtobus istehsalı zavodunun təməli qoyuldu

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info