Şadlıq saraylarına xəbərdarlıq məktubu göndərildi
Tarix: 25.11.2014 | Saat: 22:12:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və Sənaye Nazirliyi ölkədəki şadlıq saraylarına xəbərdarlıq məktubu göndərib.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev “Trend”ə bildirib ki, xəbərdarlıq məktubu ölkə ərazisində fəaliyyət göstərən 578, o cümlədən Bakı şəhəri üzrə 235, digər şəhər və rayonlar üzrə 343 şadlıq sarayının rəhbərlərinə göndərilib. Xəbərdarlıq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Haqsız rəqabət haqqında” qanunlar, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” ilə istehlakçı hüquqları, kartel razılaşmaları və bu sahədə digər qanun pozuntularına qarşı müəyyən olunmuş və həmin qanunvericilik aktlarının pozulmasına görə İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyət tədbirləri barədədir. Z.İsayev deyib ki, Məhərrəm ayı başa çatdıqdan sonra Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən toy mərasimlərinin təşkili zamanı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə əməl olunması, o cümlədən istehlakçıların seçim sərbəstliyinin təmin olunması vəziyyətinə nəzarət tədbirləri, habelə istehlakçıların və sahibkarlıq subyektlərinin maarifləndirilməsi istiqamətində əlavə tədbirlər həyata keçiriləcək. Xidmət rəisi qeyd edib ki, Bakıda fəaliyyət göstərən 100-dən artıq şadlıq evinin rəhbərləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı istehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquqları, bu hüquqların təmin edilməsində sahibkarlıq subyektlərinin vəzifələri, qanunvericiliyin pozulmasına görə müəyyən edilmiş məsuliyyət tədbirləri bir daha iştirakçıların nəzərinə çatdırılıb, bu işlərin təşkili ilə bağlı görüş iştirakçılarının fikirləri dinlənilib, mövcud problemlərin təxirə salınmadan aradan qaldırılması yolları müzakirə edilib. Bununla yanaşı, “Müxtəlif məclislər (toy, ad, günü və s.) keçirmək istəyənlərin nəzərinə” adlı maarifləndirici məlumatın elektron poçt vasitəsi ilə 550 mindən artıq ünvana göndərilməsinə başlanılıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info