ATU-nun Tədris Cərrahiyyə Klinikasında süni mayalanma şöbəsi açılacaq
Tarix: 25.11.2014 | Saat: 22:14:00 | E-mail | Çapa göndər


Gələn ildən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında süni mayalanma əməliyyatları icra olunacaq. Bu barədə dünən ATU-da Türkiyədəki Amerika Xəstəxanasının nümayəndələri ilə keçirilən görüşdə ilkin razılıq əldə olunub.
Rektor, akademik Əhliman Əmiraslanov qonaqlarla görüş zamanı Azərbaycanda süni mayalanma ilə bağlı yüksək ixtisaslı mütəxəssislərə böyük ehtiyac olduğunu vurğulayıb. Qeyd olunub ki, ölkəmizdə süni mayalanma yolu ilə övlad sahibi olmaq arzusunda olan ailələr çoxdur. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyə nümayəndə heyətinin rəhbəri, professor Bülent Urman isə ATU-da təkcə süni mayalanma əməliyyatlarının keçirilməsində deyil, həm də tədris sistemində iştirak etmək istəklərini açıqlayıb. Türkiyəli mütəxəssislər tərəfindən doğuşla bağlı rezidentlərə mühazirə oxunması barədə təklif də səsləndirilib.
Görüş zamanı ATU-nun Tədris Cərrahiyyə Klinikasında 2015-ci ilin ilk aylarından etibarən süni mayalanma şöbəsinin yaradılması haqda ilkin razılıq əldə olunub. Qonaqlar artıq klinikadakı şəraitlə tanış olduqlarını, burada yüksək keyfiyyətli əməliyyatların aparılması üçün hər cür şərait olduğunu vurğulayıblar. İki tərəf arasında qarşılıqlı əməkdaşlığa dair sazişin hazırlanması qərara alınıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info