“Avropa bu gün yorulmuş və bədbin görünür”
Tarix: 25.11.2014 | Saat: 22:53:00 | E-mail | Çapa göndər


Roma Papası Fransisk Strasburqdakı Avropa institutlarında olub. Papa Avropa Parlamentində və Avropa Şurasında çıxış edib. Avropa Parlamentində çıxış edən Papa Fransisk əsasən dünyada baş verən qlobal siyasi məsələlərə toxunub.
Avropa quruculuğunun mərkəzləşmiş iqtisadiyyat üzərində deyil, insan şəxsiyyətinin müqəddəsliyi ətrafında qurulmalı olduğunu vurğulayan Papa dünyada davam edən iqtisadi böhrandan, insanların aclıq və səfalət içində yaşamasından, dünyada və Avropada baş verən münaqişələrdən danışıb, habelə ekstremizm və ifratçılıq kimi məsələlərə diqqət yetirib.
Avropa Şurasındakı çıxışında isə Papa Fransisk Avropa məkanında sülh və sabitliyin vacibliyini önə çəkərək, sülhün insan həyatına dərin nifrət bəsləyən və çoxsaylı günahsız qurbanlara səbəb olan dini və beynəlxalq terrorizmin sınağına çevrildiyini bildirib: “Bu gün bizim gözümüz qarşısına yaralı Avropa şəkili gəlir. Buna səbəb isə keçmişin çoxsaylı sınaqları ilə yanaşı, hazırda baş verən böhranları əlavə etməliyik. Avropa isə bütün bunlara sanki əvvəlki kimi canlı və enerjili şəkildə diqqət ayıra bilmir. Avropa bu gün daha çox yorulmuş və bədbin görünür”. Qeyd edək ki, Vatikan Avropa Şurasının tamhüquqlu üzvü olmasa da, 1970-ci ildən etibarən təşkilat yanında müşahidəçi statusuna malikdir.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər
20.04.2019
Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib
19.04.2019
Azərbaycanlı gimnastlar “AGF Junior Trophy” turnirində yaxşı nəticə göstərməyə hazırdır
18.04.2019
Azərbaycanla dostluq və qardaşlıq əlaqələri daha da inkişaf etdiriləcək
17.04.2019
Minsk qrupu tərəfindən Paşinyanın bəyanatına reaksiyanın olmaması pis nəticələnə bilər

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info