“Avropa iqtisadiyyatı 2011-ci illə müqayisədə çox bərbad vəziyyətdədir”
Tarix: 25.11.2014 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


Loran Fabius: “Ukraynanın NATO-ya qəbulu
problemlər yarada bilər”


“Əgər Avropa yaxın vaxtlarda öz siyasətində köklü dəyişikliklər etməsə, o halda onu ölüm və daxili müharibələr gözləyir» . «Frans Press» agentliyinin verdiyi xəbərə görə, bu fikirlər Avropa Parlamentinin üzvü, «Sol cəbhə" partiyasının lideri Jan Lyuk Melanşonun gəldiyi qənaətdir. O, dediklərini əsaslandırmağa çalışaraq Avropa üçün mənfi gələcək proqnozlaşdırır.
Melanşon Avropa Birliyi daxilində münasibətlərin ciddi ictimai borc artımı üzündən daha da dərinləşə biləcəyindən qorxduğunu dilə gətirib: “Borclar heç vaxt ödənilmir. Tarix sübut edib ki, bütün bunların sonu ümumi fəlakətə səbəb olan müflisləşmə, müharibə və ya hiperinflyasiya ilə başa çatır. Ukraynada baş verənlər də Avropa siyasətində narahatlıqlar yaradır» . Onun sözlərinə görə, hazırda bu regionda cərəyan edən hadisələr Birinci Dünya müharibəsindən əvvəl baş verən hadisələrlə müqayisə oluna bilər. Yəni məsuliyyətsiz rəhbərlik altında olan hakimiyyət koalisiya ölkələrini biri-birinə qarşı qoyub: «Bu, son anda müharibəyə gətirib çıxara bilən bir yoldur». Fransalı siyasətçi bunları əminliklə bildirib. Bu arada «The Wall Street Journal»a istinad edən «RİA Novosti» xəbər verir ki, «coğrafi baxımdan Avropa iqtisadiyyatı 2011-ci illə müqayisədə çox bərbad vəziyyətdədir». Həmin illərdə Avropanın iki böyük iqtisadiyyatı olan Almaniya və Fransada artım 3,6% və 2,1% təşkil etmişdisə, hazırda bu ölkələrdəki göstərici Almaniyada 1,3%, Fransada isə 0,3% kimi qeyd edilib. Jurnala istinad edən rus agentliyi bildirir ki, son üç ildə tənəzzül dövrünü keçirən İtaliyada bu artımın, təəccüblü də olsa, 0,7% olacağı gözlənilir. Ekspertlərin qənaətinə görə, son üç ildə Fransa dövləti ölkə tarixinə ən acınacaqlı tənəzzülün astanasına gəlib çatmaqdadır. Bununla belə, Avrozonanın lokomotivi hesab edilən alman iqtisadiyyatı çoxları üçün sürpriz kimi qəbul olunur. Avropa ölkələrində iqtisadi azalmaların başlıca səbəbi kimi, ilk növbədə, Rusiyaya qarşı sanksiya siyasətinin sərtləşdirilməsi və ixracatın azalması olduğu iddia edilir. Bunu yerli ekspertlər də etiraf edirlər ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Almaniya iqtisadiyyatına güclü zərbə vurmaqla yanaşı, Avropanı da zəiflədib. Bununla yanaşı, qeyd edilir ki, Berlinin başqa bir problemi son vaxtlar Fransa ilə aralarında yaşanan ziddiyyətlərdir.
Daha bir önəmli məsələ barədə bu günlərdə Haaqada keçirilən NATO Parlament Assambleyasının iclasında baş katib Yens Stoltenberq bildirib. O, bəyan edib ki, NATO-nun qapıları əvvəlki kimi, Ukraynanın üzünə açıqdır. NATO katibinin dediklərinə münasibət bildirən Fransanın xarici işlər naziri Loran Fabius «France Inter» radiostansiasına verdiyi açıqlamada bəyan edib ki, «Ukraynanın yeni hökuməti NATO-ya qoşulmaq məqsədini bildirsə də, bu, açıq-aydın böyük problemlər yarada bilər».
Xatırladaq ki, bundan bir qədər əvvəl Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer də Ukraynanın tezliklə alyansa qəbulu məsələsini məqsədəuyğun saymamışdı. Bütün bunlara rəğmən, Ukrayna prezidenti Poroşenko bildirib ki. ölkəsinin NATO-ya qəbulu məsələsini milli referendum müəyyən edəcək.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info