Ədəbiyyat İnstitutunda YAP-ın 22-ci ildönümü qeyd edilib
Tarix: 25.11.2014 | Saat: 23:15:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda YAP Yasamal rayon təşkilatı ilə birlikdə Yeni Azərbaycan Partiyasının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Yeni Azərbaycan Partiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Yeni Azərbaycan Partiyasının yaradılma tarixindən, davamlı ənənələrindən və müasir inkişaf proseslərindən elmi şəkildə bəhs edilib. Yeni Azərbaycan Partiyası Nizami adına Ədəbiyyat İnstitutu ilk partiya təşkilatının sədri Xədicə İskəndərli təmsil etdiyi elmi-tədqiqat institutunda həyata keçirilmiş ideoloji tədbirlərdən söz açıb. Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov partiya quruculuğu istiqamətində keçilmiş məsuliyyətli və şərəfli yolun böyük hadisələrini diqqət mərkəzinə çəkib, gənc alimlərə tövsiyələrini çatdırıb. Çıxış edənlər - YAP Yasamal rayon təşkilatı idarə heyətinin üzvü Tağı Əhmədov, Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Qəzənfər Paşayev və başqaları müstəqil Azərbaycan dövlətinin tarixində və müasir inkişafında Yeni Azərbaycan Partiyasının böyük rolunu yüksək qiymətləndiriblər. Tədbirdə Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşlarından bir qrupuna Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub. Tədbiri yekunlaşdıran AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qarşıda duran vəzifələrdən danışıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info