Allahşükür Paşazadə İranda görüşlər keçirib
Tarix: 26.11.2014 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə İrana səfəri çərçivəsində QMİ-nin İrandakı nümayəndəliyinə baş çəkib.
QMİ-dən verilən məlumata görə, İdarənin İrandakı səlahiyyətli nümayəndəsi hacı Şamil Rəsulova müvafiq göstərişlərini verən şeyxülislam gələcəkdə nümayəndəliyin fəaliyyətinin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb və işində uğurlar arzulayıb.
Görüşdə Allahşükür Paşazadə ilə yanaşı, QMİ sədrinin birinci müavini, müfti hacı Salman Musayev, İdarənin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, Nəşriyyat şöbəsinin müdir müavini, Video-elektron bölməsinin rəhbəri Elşən Mustafayev, Fətva şöbəsinin əməkdaşı Mircəfər Əyyubov, QMİ sədrinin səlahiyyətli nümayəndəsi, "Məşhədi Dadaş" məscidinin axundu hacı Şahin Həsənli, İdarənin əməkdaşı Həmid Bağırov, habelə Azərbaycanın İrandakı səfirliyinin birinci katibi Rəşadət Babayev və ikinci katibi Tariyel İsmayılov müşayiət ediblər.
Daha sonra QMİ sədrinin başçılıq etdiyi nümayəndə heyəti Qum şəhərində İmam Rzanın (ə) bacısı Xanım Məsumənin (ə) ziyarətgah kompleksini ziyarət ediblər.
A.Paşazadə İrana səfəri çərçivəsində ölkənin ali dini lideri ayətullah əl-üzma Seyid Əli Xamenei ilə görüşüb. Görüş zamanı İranın dini rəhbəri İslam aləmini təhdid edən dini radikalizm və ekstremizm problemləri və ondan çıxış yolları haqqında öz fikirlərini açıqlayıb.
Görüşdə din adı ilə törədilən cinayətlərin İslamla heç bir əlaqəsi olmadığı və belə halların İslama və bütün bəşəriyyətə qarşı bir təxribat olduğu vurğulanıb.
Qeyd edək ki, İran səfəri çərçivəsində A.Paşazadə ayətullah əl-üzma Məkarim Şirazi və ayətullah əl-üzma Cəfər Sübhani arasında da təkbətək görüşlər keçirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info