Yunanıstanda jurnalistlər tətil keçirirlər
Tarix: 26.11.2014 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Yunanıstanda həmkarlar ittifaqlarının çağırışı ilə jurnalistlər 24 saatlıq ümumi tətil keçirirlər. Bu barədə “RİA Novosti” xəbər verir.
Gündəlik Afina Qəzetləri Redaktorları İttifaqının yaydığı məlumata görə, 24 saatlıq ümumi tətil günündə dövlət və özəl sektorda, qəzetlərdə, radio və televiziyalarda və internet saytlarında çalışan bütün jurnalistlər tətil edəcəklər. Heç bir jurnalist heç bir səbəbə görə tətildə iştirakdan azad olunmur.
Həmkarlar ittifaqları kollektiv əmək müqavilələrinin imzalanmasını, əməkhaqqı borclarının ödənilməsini və 2013-cü ilin yayında hökumətin qərarı ilə bağlanmış Yunan radiosu və ERT televiziyasının işinin bərpa edilməsini tələb edirlər.
Həmkarlar ittifaqlarının fikrincə, KİV siyasətçilərin oyunlarında iştirak etməməli, cəmiyyəti məlumatlandırmalıdır. Onlar hökumətdən beynəlxalq kreditorlar üçlüyünün (AK, AMB və BVF) memorandumlarından çıxmağı və sığorta fondlarının işini iflic edən qanunları ləğv etməyi tələb edirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi
14.11.2018
Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info