Sankt-Peterburqda Azərbaycanlı Tələbələr Şurası yaradılacaq
Tarix: 26.11.2014 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu “Ambassador” mehmanxanasında Azərbaycanın və Rusiyanın vətəndaşları olan, Sankt-Peterburqun ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə və Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirib.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən verilən məlumata görə, baş konsul Elşad Qulamov görüş iştirakçılarını salamlayaraq İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın qazandığı uğurlar, ölkəmizin bütün göstəricilər üzrə dünya miqyasında liderlər sırasına çıxması və öz mövqeyini möhkəmlətməsi barədə məlumat verib.
Diplomat qeyd edib ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadi sahədə böyük irəliləyişə nail olub. Ölkənin dinamik inkişafı və vətəndaşların həyatının keyfiyyətini yaxşılaşdırmaq üçün hər cür şərait yaradılıb. Bu uğurların qazanılmasında rəqabət qabiliyyətli peşəkar kadrlar böyük rol oynayır.
Görüş çərçivəsində tələbələrin təhsildə uğurları, onların məişət problemləri, habelə Rusiya Federasiyası ərazisində olmağın qaydaları müzakirə olunub. Tələbələr arasında bu məsələlərə dair tərbiyəvi izahat işi aparılıb. Baş konsul Sankt-Peterburqda təhsil alan azərbaycanlı tələbələrin üzləşdiyi müxtəlif problemlərə də toxunub.
Sonra Rusiya Federal Miqrasiya Xidmətinin Sankt-Petreburq və Leninqrad vilayəti üzrə idarəsinin rəis köməkçisi Vitali İlçenko görüş iştirakçıları qarşısında çıxış edib. O, miqrasiya siyasətinin müxtəlif aspektləri - sosial gərginlik yaranması, əcnəbi vətəndaşların Rusiya ərazisində qanunsuz olması ilə bağlı problemlər barədə danışıb, qeyd edib ki, bunun əsas səbəbi əhalinin Rusiya Federasiyası ərazisində olmaq qaydaları barədə məlumatının olmamasıdır. V.İlçenko miqrasiya qanunvericiliyinin pozulmasının bəzi səciyyəvi halları üzərində ətraflı dayanaraq bildirib ki, belə pozuntulara yol verən şəxslərin RF-yə gəlməsi qadağan edilir. O, tələbələrin bütün təhsil müddətində Sankt-Peterburq ərazisində maneəsiz olmalarının təmin edilməsi məqsədilə onları miqrasiya qanunlarına dəqiq riayət etməyə çağırıb.
Sankt-Peterburq İdarəçilik və İqtisadiyyat Universitetinin kafedra müdiri Vera Kutina qeyd edib ki, onun təmsil etdiyi ali məktəbdə çoxlu azərbaycanlı tələbə təhsil alır. Onlar tədris proqramını uğurla mənimsəyir və əsasən əla qiymətlərlə oxuyurlar.
“Azərbaycanın dostlarının “Naxçıvan” cəmiyyəti” ictimai təşkilatının sədri İdris Qəhrəmanov bu təşkilatın tələbələri dəstəklədiyini bildirib və onları bu və ya digər problemlər yarandıqda diaspor təşkilatlarına müraciət etməyə çağırıb.
Sonra Kirov adına Hərbi Tibb Akademiyasının dördüncü kurs tələbəsi Mehdi Əlizadə görüş iştirakçıları qarşısında çıxış edib. O, bütün tələbələrə müraciət edərək, onları tələbə təşkilatlarının ictimai işində fəal iştirak etməyə çağırıb.
Sankt-Peterburqda Azərbaycanlı Tələbələr Şurası yaratmaq ideyası irəli sürülüb. Görüş iştirakçıları bu təklifi dəstəkləyiblər. Nümayəndələri bu görüşdə iştirak edən ali məktəblərin hərəsindən bir namizədin Tələbə Şurasının tərkibinə daxil olunması təklif edilib. Tələbə Şurasının gələcək iş planının hazırlanması məqsədilə Şura üzvləri ilə yığıncaq keçirilməsi haqda razılıq əldə edilib.
Tədbirin gedişində müasir Azərbaycana həsr olunmuş kitab və jurnallar sərgisi də keçirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info