Parisdə “Bakı 2015” Birinci Avropa Oyunlarının təqdimatı keçiriləcək
Tarix: 26.11.2014 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Noyabrın 26-da Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə “Bakı 2015” Birinci Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək. Bu barədə Heydər Əliyev Fondundan məlumat verilib.
Tədbir çərçivəsində qonaqlar “Baku 2015”ə həsr olunmuş bürünc heykəllərdən ibarət sərgi ilə tanış olacaqlar.
“Biz birlikdə” adlanan bu sərgidə Azərbaycan heykəltəraşlarının 20-dən çox əsəri nümayiş etdiriləcək. Daha sonra tədbir iştirakçılarına ilk Avropa Oyunlarına həsr edilən film təqdim olunacaq. Filmdə bu mötəbər idman yarışına Bakıda aparılan hazırlıq işləri, yaradılan idman infrastrukturu və həyata keçirilən digər tədbirlər əksini tapıb.
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin skripkaçı xanımları ifaları ilə tədbirə özünəməxsus rəng qatacaq.
Mərasimin sonunda qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri təqdim ediləcək.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu vaxtadək Kann, Afina, Berlin və İstanbul şəhərlərində “Bakı 2015” Birinci Avropa Oyunlarının təqdimatı keçirilib. Bu tədbirlərin hər biri Azərbaycanın tarixi və mədəniyyətinə dair müxtəlif təqdimatlarla yadda qalıb. Qeyd olunan tədbirlərin məqsədi ilk dəfə olaraq keçiriləcək Avropa Oyunları, eləcə də ölkəmizin bu yarışlara hazırlığı barədə digər ölkələrin izləyicilərinə məlumat vermək, Azərbaycanın mədəniyyət və incəsənətinin, adət-ənənəsinin təbliğidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb
16.02.2019
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub
16.02.2019
Azərbaycan Premyer Liqası: “Zirə” - “Neftçi” oyununda hesab açılmayıb
15.02.2019
Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10599

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info