Azərbaycan Qafqazda əsas mədəni mərkəzdir
Tarix: 26.11.2014 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Londonda “Faith Matters” təşkilatının təşəbbüsü, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə “Azərbaycan-Şərq ilə Qərb arasında əlaqə, dini tolerantlığın bariz nümunəsi” mövzusunda “dəyirmi masa” keçirilib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə,“Faith Matters” qeyri-hökumət təşkilatının direktoru Fiyaz Muğal və ADA Universitetinin dosenti Anar Vəliyev “dəyirmi masa”da məruzə ilə çıxış ediblər.
F.Muğal Azərbaycandakı pluralizm və dini münasibətlər haqqında iştirakçılara məlumat verib.
Azərbaycanın regionda əsas mədəni mərkəz olduğunu bildirən səfir Tahir Tağızadə tarixən ölkədə mövcud olan dinlər haqqında məlumat verib. O, Azərbaycanda insanların dini tolerantlıq şəraitində yaşadığını qeyd edib. Səfir, həmçinin Azərbaycanda dini icmalar arasındakı əlaqələrdən bəhs edib, dinlərarası münasibətlərin nadirliyini diqqətə çatdırılıb.
ADA Universitetinin dosenti A.Vəliyev Azərbaycanda birgəyaşayış modellərinin mahiyyətindən, dinlərarası münasibətlərin gələcək inkişafından danışıb.
“Dəyirmi masa”da Azərbaycandakı dinlər, ölkəmizin özünəməxsus coğrafi mühiti, dinlərarası və sivilizasiyalararası dialoqun inkişafı istiqamətində respublikamızda görülən mühüm işlər barədə müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info