ATGTİ sədrindən könüllülərə mesaj
Tarix: 26.11.2014 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayilov “Bakı 2015” İlk Avropa Oyunlarına hazırlıq çərçivəsində keçirilmiş “Mənim mesajım” açıq nitq tədbirində könüllülər qarşısında çıxış edib.
Çıxışda gənclərə səslənən Şahin İsmayilov öz könüllü fəaliyyəti haqqında məlumat verərək, öz təcrübəsini onlarla bölüşüb.
Könüllü işinin məsuliyyətinə toxunan ittifaq sədri qeyd edib ki, Azərbaycanın ev sahibliyi etdiyi hər bir böyük tədbirin uğurlu keçməsində könüllülərin böyük zəhməti var.
Onun sözlərinə görə, 13.000-nə yaxın könüllünün birgə çalışcağı İlk Avropa Oyunları tarixə Azərbaycan və Avropa idmanın ən böyük tədbirlərindən biri kimi düşəcək. Öz çıxışının sonunda ATGTİ-nin sədri “Bakı 2015” könüllülərini onların üzərinə düşən məsuliyyətdən qorxmamağa, əksinə öz fəaliyyətləri ilə bu möhtəşəm idman tədbirinin gedişatını dəstəkləməyə çağırıb.
Qeyd edək ki, “Mənim mesajım” tədbirində millət vəkili Fuad Muradov, gənclər və idman nazirinin müavini İntiqam Babayev və digər rəsmilər də çıxış ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info