Cəbhə xəttində yerləşən kənddə yeni məktəb binası istifadəyə verilib
Tarix: 26.11.2014 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Ağdam rayonunun cəbhə xəttində yerləşən Əfətli kəndində 360 şagird yerlik yeni orta məktəb binası istifadəyə verilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər, məktəbin kollektivini və kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən, dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğıdan danışıblar. Bildirilib ki, bu il cəbhə xəttində yerləşən Əfətli ərazi nümayəndəliyində 3 yeni məktəbin tikilib istifadəyə verilməsi dövlətimizin təhsilə, cəbhə xəttində yerləşən kəndlərimizə olan qayğısının bariz nümunəsidir.
Natiqlər şagirdlərə onlar üçün yaradılan şərait müqabilində yaxşı oxumağı, elmə, biliyə daha dərindən yiyələnməyi tövsiyə ediblər.
Tədbirdə söz alan müəllim, şagird və kənd ictimaiyyətinin nümayəndələri göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olublar. Üçmərtəbəli məktəb binasında 18 sinif otağı, fənn kabinələri, 3 laboratoriya, 2 kompyuter otağı, kitabxana, idman və akt zalları yaradılıb, təhsil ocağı yeni inventar və avadanlıqla təchiz olunub.


Təhminə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info