Region gənclərinə vətənpərvərlik hissi aşılanır
Tarix: 26.11.2014 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


“Bakı Gənclər Klubu” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Qəhrəmanların əbədi var olsun, Azərbaycan!” adlı layihəsi çərçivəsində təlimlər ilə yanaşı nəzərdə tutulmuş rayonlara səfərlər həyata keçirilib. Layihənin məqsədi - gənclərdə vətənpərvərlik hissini yüksəltmək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşan, bu şərəfli yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçülərimizi daha yaxından tanıtmaq, onlar haqqında toplanacaq məlumatları ictimaiyyətdə geniş yaymaqdan ibarətdir.
Layihə çərçivəsində birlik Gədəbəy, Şəmkir, Gəncə və Göygöl rayonlarına edilmiş səfərlər zamanı I Qarabağ müharibəsi döyüşçüləri, əlil və şəhid ailələri ilə görüşlər keçirib. Birliyinin sədri Azər Cavadov çıxışlarında veteranları, əsgər və yərli gəncləri salamlayaraq, birliyin fəaliyyət dövründə gənclərin vətənpərvərlik ruhunun yüksəlməsində görüldüyü işlər barəsində danışmış, son iki il ərzində vətənpərvərlik mövzusunda 3-cü layihəni həyata keçirildiyini qeyd etmiş və bu layihələrin gənclərin tərbiyəsində rolunu vurğulamışdır. Daha sonra çıxışları layihə eksperti Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədli davam etdirərək, layihədə veteranlarla yanaşı gənclərində iştirakının sevindirici hal olduğunu vurğulamış və ordumuzun yarandığı dövrdən bu günə kimi inkişaf yolundan söz açıb.
Tədbirlər zamanı I Qarabağ müharıbə veteranları, əlillər gənclərə həyata keçirilmiş mühüm döyüşlər, əməliyyatlar və gənc əsgərlərimiz tərəfindən göstərilmiş qəhrəmanlıqlar haqqında tədbir iştirakçılarına məlumatlar veriblər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib
23.04.2019
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
23.04.2019
Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info