Vaşinqton analitikləri: İran – Qərb 1:0
Tarix: 26.11.2014 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


İranın nüvə proqramı barədə Vyana danışıqlarının sona yetməsindən sonra Vaşinqtonun xarici siyasət dairələrində Tehranın öz istəyinə çatdığı fikri formalaşıb.
”Euronews” telekanalı xəbər verir ki, analitiklərin fikrincə, İran hökumətinin məqsədi danışıqlarda status-kvonu saxlamaq idi və o, Vyanada buna nail oldu. Danışıqlar isə çox güman ki, dekabr ayında davam edəcək.
Bundan sonra Qərb dövlətlərinin nailiyyət əldə etməsinin bir qədər də çətin olacağını deyən Elm və Beynəlxalq Təhlükəsizlik üzrə Vaşinqton İnstitutunun başçısı Devid Olbrayt həlledici məqamda Tehranın güzəştə getməməsini İran lideri və müşavirlərinin hələlik hər hansı razılaşma istəmədiyi ilə əlaqələndirir.
Razılaşma əldə olunacağına inanmadığını bildirən mühafizəkar Hudson İnstitutunun eksperti Maykl Doran isə hər hansı bir razılaşmanın ABŞ-ın və “altılıq” qrupunun digər ölkələrinin iddialarından əl çəkəcəyi və İranın öz istəyinə nail olacağı təqdirdə baş tutacağını qeyd edib.
İranın nüvə proqramına dair danışıqlar ABŞ-ın xarici siyasətində ən mübahisəli məqamdır. Respublikaçılar Tehrana qarşı sanksiyaları sərtləşdirməyin tərəfdarı olsalar da, Prezident Barak Obama bu addımın danışıqlar prosesinə zərər vuracağı və Yaxın Şərqdə qeyri-stabilliyi artıracağı fikrindədir.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi
14.11.2018
Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info