Misirli azərbaycanşünas alim Şərqşünaslıq İnstitutunda olub
Tarix: 26.11.2014 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət Mərkəzinin yeni təyin olunmuş sədri Əhməd Sami Elaydi AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Misirli diplomat ilk olaraq İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva ilə görüşüb. G.Baxşəliyeva qonağa Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində, xüsusən də Misirlə bağlı aparılan tədqiqatlar barədə məlumat verib və son zamanlar İnstitutda bu sahədə nəşr olunmuş bir sıra kitabları ona təqdim edib. Azərbaycanşünas alim olan Əhməd Sami Elaydi özünün bu sahədə tədqiqatlarından danışaraq, ölkəmizə nə qədər bağlı olduğunu dilə gətirib. Misir Mədəniyyət Mərkəzinin sədri Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində aparılan tədqiqatlardan, görülən işlərdən məmnun qaldığını bildirərək, qarşılıqlı elmi əməkdaşlığın hər iki ölkə alimlərinə faydalı olacağını dilə gətirib.
Görüşdə Şərqşünaslıq İnstitutu ilə Misir Mədəniyyət Mərkəzi, həmçinin Misirin elm və təhsil müəssisələri ilə əməkdaşlığının perspektivləri müzakirə edilib, birgə elmi tədbirlərin, elmi layihələrin həyata keçirilməsi, qarşılıqlı elmi kadr mübadiləsinin imkanlarından söz açılıb.
Əhməd Sami Elaydi daha sonra Şərqşünaslıq İnstitutunda çalışan ərəbşünas alimlərlə görüşüb. İnstitutun alimləri qonağa öz tədqiqatları barədə məlumat veriblər. Əhməd Sami Elaydi Azərbaycanda ərəbşünaslıq sahəsində aparılan tədqiqatları yüksək dəyərləndirdiyini bildirib. O, özü ilə gətirdiyi ərəb dilində olan 5 mindən artıq kitabın elektron variantını Şərqşünaslıq İnstitutunun əməkdaşlarına hədiyyə edib. Faydalı müzakirələr şəklində keçən görüşdə qarşılıqlı əməkdaşlıq perspektivlərindən söz açılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info