İnternetdə etik qaydalara əməl olunmalıdır
Tarix: 26.11.2014 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) “İnternet üzərindən yayılan informasiyalara görə yaranan etik və hüquqi məsuliyyət” kitabının təqdimatını keçirdi. Tədbirdə JuHİ sədri, KİVDF Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli, media hüquq eksperti Ələsgər Məmmədli, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət və bir neçə media orqanlarının baş redaktorları, jurnalistlər iştirak edirdi.
Kitab, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə icra olunan “İnternet üzərindən yayılan informasiyalara görə yaranan hüquqi məsuliyyət mövzusunda KİV təmsilçilərinin maarifləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
JuHİ sədri, KİVDF Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli bildirdi ki, Azərbaycanda sürətli və aşağı qiymətli internet xidmətinin təşkil edilməsi ölkədə internet istifadəçilərinin sayının sürətlə artmasını stimullaşdırıb: “Təəssüf ki, belə inkişaf müsbət tendensiyalara yanaşı, ciddi problemləri gündəmə gətirib. Bu gün sosial şəbəkələri “nəzarətsiz zona” kimi dəyərləndirənlər çoxdur. Şəxsi həyatın toxunulmazlığı prinsipindən, təhqir və böhtanın yolverilməzliyindən, ailə-məişət mövzusuna dair informasiyaların həssaslığından, dövlət sirri haqqında qanundan xəbərsiz olanlar hüquqi məsuliyyəti nəzərə alınmadan yaydıqları qeyri-dəqiq informasiyalarla həm informasiya obyektlərinə, həm də özlərinə ciddi problem yaratmış olurlar. Avqust ayında cəbhədə yaşanan qısa müddətli gərginlik zamanı biz bu problemi daha dəqiqi müşahidə edə bildik. Dövlət strukturları, əlaqədar orqanlar problemin aradan qaldırılması üçün müdaxilə etməli oldular. JuHİ-nin KİVDF-nin yardımı ilə hazırladığı bu vəsait qeyd edilən problemin aradan qaldırılmasına yardım göstərmək, ölkə vətəndaşlarına internet istifadəsi zamanı həssas yanaşmalı olduqları məsələlər barədə bilgilər vermək məqsədi daşıyır”.
M.Ələsgərli bildirdi ki, vəsait KİV redaksiyalarına pulsuz paylanılacaq. Həmçinin, kitabın elektron versiyası JuHİ-nin saytında yerləşdiriləcək.
Daha sonra çıxış edən media hüquq eksperti Ələsgər Məmmədli bildirib ki, bu kitabda yazılanlar bütün media əhlini, mediada işləyən hər kəsi ciddi narahat edir: “Çünki bir tərəfdən sürətlə inkişaf edən texnologiya və bu texnologiyanın gətirdiyi yeni münasibətlər, digər tərəfdə isə ənənəvi olan məsuliyyətlər və bu məsuliyyətlərlə paralel funksiyalar var. Azərbaycan və Beynəlxalq Qanunvericilik arasında ortaq xətti tutmaq çox önəmlidir. Bu xətt nədir? Bizim qanunvericiliyimiz azadlıqlara çox geniş yer verən bir Konstitusiyadır. İstənilən qanunvericilik normasına gətiriləcək məhdudiyyət Konstitusiyanın pozulduğundan kənara çıxa bilmir. Konstitusiyamız əslində Avropa İnsan Hüquqları Konvensiyasının 1950-ci ildə qəbul edilən qanunla çox yaxındır”.
Ə.Məmmədli qeyd edib ki, internet yeni media resursları yaradıb: “Kim ki, yeni media alətlərindən daha yaxşı istifadə edir, onlar ənənəvi mediada olduğu kimi, onlayn mediada da liderliyini qoruyurlar. Bu məsələ kitabda da vurğulanıb. İngiltərədə ilk 10 sayt içərisində 5 yeri tutan sayt yeni media olsa da, ənənəvi medianın internet mediasıdır. Yəni klassik qəzetlərin veb səhifələridir. Ənənəvi medianın üstünlüyü ondan ibarətdir ki, peşəkarlarla işləyir. Peşəkar jurnalistlərin yeni proseslərə adabtasiya olunması həmin qurumu daha da üstün vəziyyətə gətirir”.
Onlayn etikadan söhbət açan Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirdi ki, bizim internet istifadəçiləri olaraq alışmağımız gərəkən yeni məsələlər ortaya çıxıb: “Biz internet istifadəçiləri olaraq tabe olmalı olduğumuz, gözləməli olduğumuz qaydalar nədən ibarətdir? Birincisi, internetdə olduğumuz zaman qarşımızdakının insan olduğunu unutmamalıyıq, ikincisi onlayn məkanda da gerçək həyatda olduğu kimi eyni davranış qaydalarına əməl etmək, daha sonra başqa insanların zamanına hörmət etmək lazımdır, onlayn rejimdə özünün yaxşı görünməsini təmin etmək də vacib məsələlərdən sayılır, məlumat paylaşımında xəsislik etməməliyik, münasibətləri nəzarət altında saxlamalıyıq, başqa insanların şəxsi məlumatlarına hörmətlə yanaşmaq lazımdır, öz imkanlarınızdan sui-istifadə etmək lazım deyil və başqa insanların səhvlərini bağışlamaq lazımdır”. A.Həsrət qeyd edib ki, biz hamımız onlayn mühitdə bu qaydalara əməl edə bildiyimiz təqdirdə normal müzakirələrdə, normal diskussiyalarda iştirak edib özümüzü və başqalarını əsəbiləşməkdən qoruya bilərik.
Təqdimatda iştirak edən bir sıra qəzetlərin baş redaktorları çıxış edərək kitabın əhəmiyyətindən danışdılar. Sonda tədbir iştirakçılarına təqdim olunan kitab paylandı.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info