Fransa səfiri tələbələrlə görüşüb
Tarix: 26.11.2014 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetinin növbəti qonağı noyabrın 26-da Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye olub. Tədbir çərçivəsində ölkələr arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Fransız dili ixtisası üzrə təhsil alan tələbələrlə görüşən cənab səfir, Fransa və Azərbaycanın mədəni, iqtisadi və elm sahəsində əlaqələrindən söhbət açıb. BSU-da ilk dəfə olduğunu və universitetin ona müsbət təsir bağışladığını deyən P. Mönye, ali təhsil müəssisəsində fransız dilinin tətbiqi və inkişafına göstərilən diqqətə görə dərin məmnunluq hissi duyduğunu bildirib. O, azərbaycanlı tələbələrin Fransa universitetlərinə qəbuluna üstünlük veriləcəyi və ali təhsil sahəsində əlaqələrin səviyyəsinin daha da yüksələcəyinə əmin olduğunu qeyd edib.
Görüşdə Fransanın Reis-Ardenne Universitetinin professoru cənab Rule, CİEP-nin(Beynəlxalq Pedaqoji Təhsillər Mərkəzi) rəhbəri xanım Jöno iştirak ediblər. Onlara yaradılan şəraitə görə universitet rəhbərliyinə dərin minnətdarlıqlarını qeyd ediblər.
Səmimi keçən görüşdən razı qalan qonaqlar müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırıblar.
BSU-nun Mərtbuat xidməti




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info