“Tour d`Azerbaidjan-2015”in vaxtı müəyyənləşdi
Tarix: 26.11.2014 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


Beynəlxalq Velosipedçilər İttifaqının 2015-ci il üçün təqvim-planına əsasən, 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan-2015” 5 günlük veloyürüşü mayın 6-da start götürüb, mayın 10-da - xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günündə yekunlaşacaq. Azərbaycan Velosiped İdmanı Federasiyasından bildiriblər ki, veloyürüşün marşrutunda bəzi dəyişikliklərin edilməsi də nəzərdə tutulur.
Belə ki, bu dəfə veloyürüşün 4-cü mərhələsinin Qəbələ-Ağdaş-Yevlax-Mingəçevir marşrutu ilə keçirilməsi barədə müzakirələr aparılır. Bu isə gələn il Azərbaycanın ev sahibliyi edəcəyi “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlıdır. Avropa Oyunlarının avarçəkmə üzrə yarışlarının məhz Mingəçevirdə keçiriləcəyini nəzərə alan Azərbaycan Velosiped İdmanı Federasiyası bununla da Avropa Oyunlarının keçirilməsindən təxminən bir ay əvvəl dünya idman ictimaiyyətinin diqqətini ölkəmizin bu bölgəsinə çəkmək niyyətindədir. “Tour d`Azerbaidjan-2015”in sonuncu, 5-ci mərhələsi isə Avropa Oyunlarının şose üzrə velosiped yarışları üçün sınaq xarakteri daşıyacaq. Məlum olduğu kimi, cari il oktyabrın 18-də ölkəmizdə yeni istifadəyə verilmiş dağ velosipedi parkında Avropa-2015-in dağ velosiped idmanı (Mountain bike) üzrə ilk sınaq yarışı uğurla keçirilib. Avropa Oyunlarının BMX üzrə sınaq yarışının gələn ilin mart ayında, Veloparkda inşası başa çatmaq üzrə olan BMX stadionunda, şose üzrə sınaq yarışının isə mayın 10-da Bakıda keçirilməsi nəzərdə tutulur. “Tour d`Azerbaidjan-2015”i əvvəlki yarışlardan fərqləndirən cəhətlərdən biri də odur ki, budəfəki veloyürüşdə iştirakçılar həm “Bakı-2015” ilk Avropa Oyunlarının velosiped yarışlarına, həm də 2016-cı ildə Rio de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı əldə edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Teymur Rəcəbov məğlubiyyətsiz irəliləyir
16.07.2019
Qurban Qurbanov: Bu oyun bizim üçün ağır olacaq
16.07.2019
18 yaşlı azərbaycanlı futbolçu Çexiya klubuna transfer oldu
16.07.2019
Naxçıvanlı karateçilər beynəlxalq turnirdə səkkiz medal qazanıblar
16.07.2019
Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10828

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info