“Azərbaycanın təcrübəsi digər ölkələr üçün də yararlı ola bilər”
Tarix: 26.11.2014 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Dünən Qəbələ rayonunda fəlakət riskinin təhlilinə dair yekun hesabatın təqdimatı olub. Hesabat Fövqəladə Hallar Nazirliyi (FHN) və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə həyata keçirdiyi layihə çərçivəsində
hazırlanıb.

Hesabatın təqdimatında çıxış edən UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Şilikadze nazirliyin fəlakət riskinin azaldılması sahəsində apardığı işləri yüksək qiymətləndirib. Qeyd olunub ki, Azərbaycanın bu sahədəki təcrübəsi digər ölkələr üçün də yararlı ola bilər. Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə məlumat verib ki, layihənin Qəbələdə həyata keçirilməsi təsadüfi deyil. Çünki bu rayon seysmik aktiv zonada yerləşir və ölkəmizin turizm mərkəzlərindən biridir. Müxtəlif layihələrin reallaşdırılmasında FHN-in beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini deyən Faiq Tağızadə bu istiqamətdə səmərəli əməkdaşlıq və təcrübə mübadiləsi aparıldığını, bir sıra konfrans, seminarlar təşkil olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, layihənin əsas məqsədi fəlakət riskinin azaldılması komponentlərinin təhsil proqramlarına daxil edilməsi və fəlakətlərə hazırlıq istiqamətində milli potensialın gücləndirilməsinə dəstək verməkdir. Bu il Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və UNICEF tərəfindən “Təhsil sahəsində əməkdaşlıq” layihəsi çərçivəsində 2014-2017-ci illəri əhatə edən fəaliyyət planı hazırlanıb. Layihə üzrə Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Samux, Goranboy, Şəmkir və Tovuz rayonlarında məktəblilər arasında maariflənmə tədbirləri keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info