“Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması“ layihəsinə start verilib
Tarix: 27.11.2014 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Diaspor Jurnalistləri Birliyi “Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması" layihəsinə start verib. Təşkilat bu layihəni Hollandiya Azərbaycan Evi ilə birgə həyata keçirir. Layihənin məqsədi Hollandiya ictimaiyyətinə Azərbaycan, xüsusən Qarabağ həqiqətlərini yaymaqdır. Layihənin əsas hədəflərindən biri də erməni yalanlarını ifşa etməkdir.
Qeyd edək ki, layihə çərçivəsində Hollandiya mətbuatında yazıların dərc olunması, yerli siyasətçilərə Azərbaycan haqqında məlumatın verilməsi, eyni zamanda digər türk və qeyri-türk təşkilatları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Layihənin fəaliyyət planına yerli dini icmalara müraciətlərin göndərilməsi və kitabların təqdim olunması, eləcə də Hollandiya din (kilsə) xadimləri ilə görüşlərin keçirilməsi və onların Azərbaycana gətirilməsi də daxildir.
Layihə hər iki təşkilatın şəxsi təşəbbüs və imkanları hesabına həyata keçirilir. Kampaniya xarakterli bu layihəyə istənilən təşkilat qoşula bilər. DJB gələcəkdə bu kimi layihələri digər ölkələrdə də həyata keçirməyi planlaşdırır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info