“Azərbaycanın enerji sahəsində nailiyyətləri” mövzusunda konfrans
Tarix: 27.11.2014 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Azərbaycanın Vyetnamdakı səfirliyi tərəfindən Hanoy şəhərində keçirilib.
Azərbaycan XİN mətbuat xidmətindən verilən məlumata görə, konfransı giriş nitqi ilə açan Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Azərbaycanda neft sənayesinin tarixi inkişaf yolu, neft strategiyası, ölkəmizin Avropa enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu, enerji sahəsində Azərbaycan və Vyetnam arasında tarixən mövcud olan əməkdaşlıq barədə konfrans iştirakçılarına məlumat verib. Səfir Azərbaycanla Vyetnam arasında enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın olduğunu vurğulayıb və konfransın ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib.
Daha sonra çıxış edən Vyetnam Parlamentinin Elm, Texnologiya və Ətraf Mühit komitəsinin sədri Phan Xuan Dung, Vyetnam Ticarət və Sənaye Palatasının baş katibi xanım Pham Thi Thu Hang, “PetroVyetnam” şirkətinin vitse prezidenti Nguyen Vu Truong Son, “VietSovPetro” şirkətinin baş direktorunun müavini Tran Van Vinh Azərbaycanla Vyetnam arasında enerji sahəsində əməkdaşlıqdan söhbət açıb, bu əməkdaşlığın müasir dövrdə davam etdirilməsinin vacibliyini söyləyib və keçirilən konfransın bu istiqamətdə böyük əhəmiyyət daşığını vurğulayıblar.
Konfrans Vyetnam dövlət televiziyası tərəfindən nümayiş etdirilib, yerli mətbuatda geniş işıqlandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info