Azərbaycan və İran jurnalistləri arasında dostluq qrupu yaradıla bilər
Tarix: 27.11.2014 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Azərbaycan və İran jurnalistləri arasında dostluq qrupunun yaradılması təklif olunub.
Bu fikir Urmiya şəhərinin Azərbaycandilli "Araz" qəzetinin redaksiya heyəti, şəhərin media nümayəndələri ilə orada səfərdə olan azərbaycanlı jurnalistlər arasında keçirilən görüş zamanı səsləndirilib.
Media nümayəndələri dostluq qrupunun yaradılmasının ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyi bildiriblər. Azərbaycandilli "Dəniz" qəzetinin redaktoru Mustafa Quluzadə Azərbaycanda çox olduğunu deyərək, ölkəmizin media nümayəndələri ilə şəxsi dostluq əlaqələri qurduğunu deyib: “Fikrimcə, münasibətlərin inkişafı üçün daha mütəşəkkil görüşlər, səfərlər təşkil edilməlidir. Mediada gedən bəzi yanlış xəbərlər bəzən münasibətlərə xələl gətirir. “Cənubi Azərbaycan” ifadəsinin işlənməsi İran tərəfini narahat edir. Gərək açıq şəkildə deyilə ki, biz Azərbaycanı cənub və şimal hissəyə bölmürük. Biz iki qardaş ölkəyik. Birimiz Azərbaycan, digərimiz İran vətəndaşıyıq. Dilimiz, dinimiz, qanımız birdir. Gəlin, işimizi də bir edək".

"İnterfax-Azərbaycan" media şirkətinin müxbiri Fərdin İsazadə hər iki ölkə mediası arasında münasibətlərin inkişafı üçün QHT praktikasından istifadə etməyin daha əlverişli olduğunu bildirib: "Bu, hər iki ölkə üçün həssas məsələlərin düzgün çatdırılmasında mühüm rol oynaya bilər. Bayaq qeyd olunduğu kimi, bəzən Azərbaycan mətbuatında "Cənubi Azərbaycan" terminindən istifadə olunur və etirazınızı bildirirsiniz. Lakin etiraf edin ki, əksər hallarda İran jurnalistləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xəbərləri işıqlandırarkən Ermənistan tərəfindən işğal olunmuş bu əraziləri mübahisəli ərazi kimi təqdim edir. Bu da haqlı olaraq bizim etirazımıza səbəb olur. Bu işlərdə media qurumlarının ciddi maariflənməyə ehtiyacı var. Bir Azərbaycan vətəndaşı olaraq rəsmi Tehranın Qarabağla bağlı mövqeyinə görə təşəkkür edirəm. Lakin istərdim bizim iranlı həmkarlarımız da bilsin ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunub və 21 ildir ki, işğal altında saxlanılır".
Qəzetin baş redaktoru İbrahim Ağazadə İran İslam Respublikasının Ermənistanı müstəqil dövlət kimi tanıdığını qeyd edib: "Amma Dağlıq Qarabağ məsələsində Ermənistanın təcavüzkar olduğunu düşünürük. Biz inanırıq ki, tezliklə Azərbaycan bayrağı Dağlıq Qarabağda dalğalanacaq".
Daha sonra media nümayəndələri hər iki ölkənin media təcrübəsi barədə fikir mübadiləsi aparıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info