Azərbaycan Fransada keçirilən beynəlxalq konfransda təmsil olunub
Tarix: 27.11.2014 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Fransanın Versal şəhərində Çəkilər və Ölçülər üzrə Beynəlxalq Konfransın 25-ci iclası keçirilib. Hər dörd ildən bir təşkil olunan iclasda ilk dəfə olaraq ölkəmiz Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi timsalında təmsil olunub.
Komitədən verilən məlumata görə, iclasda komitə sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Səfər zamanı Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun direktoru Martin Miltonla görüşdə müqabil tərəf Azərbaycanın 2015-ci ilin yanvar ayından Çəkilər və Ölçülər üzrə Baş Konfransa assosiativ üzv qismində qoşulması ilə bağlı məmnunluq hissi və təbriklərini ifadə edib. Qeyd olunub ki, dövlət etalon laboratoriyalarının yerləşəcəyi yeni binaların inşasının 2015-ci ilin ortalarına yekunlaşdırılması gözlənilir. Dövlət etalonları laboratoriyalarının sayının 30-dək artırılması ilə bağlı planlar barədə də məlumat qarşı tərəfə bildirilib.
M. Milton öz növbəsində, Azərbaycanın metrologiya sahəsində həyata keçirdiyi islahatları yüksək qiymətləndirib və Azərbaycanın dövlət etalon laboratoriyalarının beynəlxalq akkreditasiyası və tanınması istiqamətində müvafiq dəstəyi göstərməyə hazır olduğunu qeyd edib.Tədbir çərçivəsində Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın rəhbərliyi ilə ikitərəfli görüşdə müqabil tərəf komitənin timsalında Azərbaycanın 2015-ci ildən Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatda müxbir üzv kimi təmsil olunması münasibətilə təbrik edib. Ölkədə metrologiya sahəsində mövcud qanunvericilik bazasının beynəlxalq tələblərə uyğunlaşdırılması ilə bağlı aparılmış işlərə dair qarşı tərəfə məlumat verilib və bu istiqamətdə qarşılıqlı əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Həmçinin Fransanın Milli Metrologiya və Sınaq Laboratoriyasında görüş keçirilib. Söhbət zamanı ölkəmizdə metroloji sahənin inkişafı üçün həyata keçirilən islahatlar barədə məlumat verilib, bu istiqamətdə ikitərəfli əməkdaşlığın qurulmasının əhəmiyyəti vurğulanıb. Müqabil tərəf həmçinin əməkdaşlıq əlaqələrinin qurulması və etalon laboratoriyaları arasında işçi əlaqələrin yaradılmasında maraq ifadə edib.
Komitənin 2008-ci ildən sıx əməkdaşlıq etdiyi Almaniya Milli Metrologiya İnstitutunun (PTB) prezidenti Yoaxim Ulrixlə də görüş keçirilib. Görüşdə 2008-2010-cu illlər üzrə “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiyanın gücləndirilməsi” adlı tvinninq layihəsi və 2011-2014-cü illər üzrə “Cənubi Qafqaz ölkələrində keyfiyyət infrastrukturunun gücləndirilməsi” adlı regional layihə çərçivəsində PTB-nin indiyədək komitəyə göstərdiyi dəstəyə görə minnətdarlıq bildirilib. Həmçinin 2014-2017-ci illər üzrə icrası nəzərdə tutulan “Cənubi Qafqaz ölkələrində ərzaq məhsullarının sınağı və metrologiya sahəsinin gücləndirilməsi” adlı ye
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info