IDEA “Yer saatı” kampaniyası çərçivəsində ölkəmizdə tədbirlər keçirmək hüququ əldə edib
Tarix: 27.11.2014 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Dünya Vəhşi Təbiət Fondu (WWF) IDEA İctimai Birliyinə Beynəlxalq “Yer saatı” kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi ölkə koordinatoru statusunu verib.
Məlumata görə, “Yer saatı” kampaniyası ilk dəfə Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən 2007-ci ildə Avstraliyada başladılıb. Kampaniyanın məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı təhdidlərə yönəltməkdir.
“Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaət edilməsini təşviq edirlər.
Məlum olduğu kimi, elektrik enerjisinin alınması nəticəsində atmosferə buraxılan istixana qazı iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. Bununla əlaqədar “Yer saatı” aksiyaları zamanı enerjidən davamlı istifadə xüsusi qabardılır.
Hər il mart ayının son şənbə günü qeyd olunan “Yer saatı” kampaniyasına beynəlxalq ictimaiyyət tərəfindən diqqətin artması müşahidə olunur və bunun nəticəsi olaraq 2014-cü ildə dünyanın 162 ölkəsinin 7000-dən çox şəhəri və 1 milyarda yaxın insan bu kampaniyaya qoşulub.
Azərbaycan üzrə rəsmi ölkə koordinatoru qismində IDEA İctimai Birliyi “Yer saatı” kampaniyası çərçivəsində ölkəmizdə kütləvi aksiya və tədbirlər keçirmək hüququ əldə edib.
IDEA İctimai Birliyi 2015-ci ilin 28 mart tarixində Bakı şəhərində keçiriləcək “Yer saatı” kampaniyasında iştirak etmək istəyən dövlət və özəl təşkilatları, eləcə də fiziki şəxsləri İctimai Birliklə əlaqə saxlamağa dəvət edir (info@ideacampaign.org, tel. 497-6316).
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info