İslam adı altında “İŞİD“ yaradıb baş kəsirlər, İslamın simasını korlamağa çalışırlar
Tarix: 27.11.2014 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


"Ümid edirik ki, həm sizin ölkədə, həm də digər müsəlman ölkələrində olan işğalçılıqlar müsəlmanların birliyi ilə tezliklə öz həllini tapacaq”.
Bunu İranın ali dini liderinin Qərbi Azərbaycan vilayəti üzrə nümayəndəsi və Urmiya şəhərinin imam-cüməsi Seyid Mehdi Qüreyşi azərbaycanlı jurnalistlərlə açıqlamasında deyib.
O, bütün bu kimi hadisələrin müsəlmanlar arasında birliyin olmaması səbəbindən baş verdiyini deyib: "Əgər müsəlmanlar arasında birlik olsa, heç kəsin cəsarəti çatmaz ki, belə bir iş görsün. Biz müsəlmanlar arasında ayrılıq yaradıblar. Əgər dünyada müsəlmanlar arasında birlik olsa, onda kimsə məscidlərə, insanların evinə, abidələrə hörmətsizlik etməyə, İraq, Əfqanıstan, Suriya, Myanma və digər müsəlman ölkələrində belə hadisələr törətməyə cəsarət etməz. Biz bir olsaq, qeyri-müsəlmanlar bizim məmləkətlərə gəlib müsəlmanlar arasında sülh yaratmağa iddiaçı olmazlar. Bizim əlaqələrimiz güclü olsa, dünyanın hər bir yerində bir müsəlmanı incitsələr, buna müsəlmanlar etiraz edərlər. Müsəlmanların düşmənləri məlumdur və bunlar hamısı bir-biri ilə əlbirdir. İslam deyir ki, bu müsəlmanların problemidir".
Seyid Mehdi Qüreyşinin sözlərinə görə, dünyada baş verən son proseslər müsəlmanların bir-birinə daha yaxın olmasını labüd edir: "Hazırda görürük ki, Avropa ölkələri öz aralarındakı sərhədi götürür, vahid valyutadan istifadə edirlər. Müsəlmanlar da birləşməlidirlər ki, düşmənin qarşısında dayana bilsinlər. Təəssüflər olsun ki, yollarını azmış yeni cərəyanlar tapılıb. Biz bunların qarşısında durmaq və dünya ictimaiyyətinə İslamın məhəbbət, səmimiyyət, sülhsevər bir din olduğunu göstərmək üçün birləşməliyik. İslam qan tökən bir din deyil. Hazırda İslam adı altında "İŞİD" yaradıblar, baş kəsirlər, uşaqları, qadınları öldürürlər. Onlar İslamın simasını korlamağa çalışırlar".
İmam-cümə bildirib ki, Azərbaycan və İran müsəlman ölkələrdir, iki ölkə arasında mədəniyyət, dini baxımdan bağlılıqlar və oxşarlıqlar həddindən artıq çoxdur: "Məzhəb baxımından da hər iki ölkədə əksəriyyət eyndir və əsas odur ki, hər ikisi müsəlmandır. Hər iki ölkə sülh, səmimiyyət və dostluq atmosferində qonşuluq edir. Qonşu olduqları üçün əlaqələrini daha da inkişaf etdirməlidirlər".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info