Denis Masseglia: “Azərbaycanın 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına hazırdır”
Tarix: 27.11.2014 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Fransada işgüzar səfərdə olan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Parisdə bir sıra görüşlər keçirib.
Məlumata görə, Fransa şəhər, gənclər və idman naziri Tierri Brayarla görüşdə son vaxtlar ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən idman sahəsində əməkdaşlığın inkişaf etdiyi qeyd olunub.
A.Rəhimov diqqətə çatdırıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizin tarixini, mədəniyyətini, incəsənətini fransızlara daha yaxından tanıtmaq məqsədilə Parisdə və Fransanın digər regionlarında tədbirlər keçirir. Vurğulanıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycanda idmanın inkişafına xüsusi diqqət yetirilir, ölkəmizin bütün regionlarında müasir idman kompleksləri inşa olunaraq istifadəyə verilir.
Azərbaycanın mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini xatırladan A.Rəhimov ilk Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsinin heç də təsadüfü olmadığını qeyd edib. Bildirilib ki, ölkəmizin idman həyatında mühüm rol oynayacaq bu oyunların təşkilat komitəsinə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sədrlik edir.
Fransalı nazir Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına ölkəsinin xüsusi önəm verdiyini deyib. O, hazırlıq işlərində fransız şirkətlərinin iştirak etməsinin ölkələrimiz arasında əlaqələrin inkişafının təzahürü olduğunu vurğulayıb.
Sonda Azad Rəhimov fransalı həmkarını Avropa Oyunlarında iştirak etmək üçün ölkəmizə dəvət edib.
Fransa Milli Olimpiada və İdman Komitəsində keçirilən görüşdə qurumun sədri Denis Masseglia Azərbaycana səfər etdiyini, ölkəmizlə tanışlığın onda böyük təəssürat yaratdığını deyib, Azərbaycanın 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına hazır olduğunu diqqətə çatdırıb. Fransanın da bu oyunlara yüksək səviyyədə hazırlaşdığını deyən sədr qeyd edib ki, ölkəsi Bakıda keçiriləcək oyunlarda 350 idmançı ilə təmsil olunacaq.
Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015”in icraçı direktoru Azad Rəhimov Avropa Oyunlarına hazırlıq işləri barədə məlumat verərək bildirib ki, Avropa Oyunları idmanın 20 növü üzrə keçiriləcək. Bu oyunlardan 16-nın olimpiya, dördünün isə qeyri olimpiya oyunları olduğunu diqqətə çatdıran nazir 39 ölkənin nümayəndəsinin Avropa Oyunları komitəsində çalışdığını vurğulayıb.
Görüşdə azərbaycanlı idmançıların yarışlarda iştirakından və Avropa Oyunlarının keçiriləcəyi idman qurğularından bəhs edən film nümayiş olunub.
Sonda Fransanın kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilən mətbuat konfransında jurnalistlərin suallarına ətraflı cavab verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info