Rusiyanın sənaye və ticarət nazirinin müavini ilə görüş keçirilib
Tarix: 27.11.2014 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq Sənaye Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Georgi Kalamanovu qəbul edib. Görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var və bu imkandan səmərəli istifadə Azərbaycan-Rusiya əlaqələrinin daha da inkişafına öz töhfəsini verə bilər. Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Georgi Kalamanov səmimi qəbula görə təşəkkür etmiş, Bakıda keçirilən Beynəlxalq Sənaye Konfransının sənaye sahəsində əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd edib.
Görüşdə sənaye parklarına dair fikir mübadiləsi aparılmış, əczaçılıq və neft maşınqayırması sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Qeyd olunub ki, Azərbaycanda sənaye parklarında yaradılan əlverişli şərait, rezidentlər üçün güzəştlərin tətbiqi iş adamlarına əməkdaşlıq üçün geniş imkanlar yaradır. Görüşdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin rəhbəri Eldar Tlyabiçev iştirak ediblər.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info