Erməni diasporu Ermənistan hakimiyyətini dəstəkləmədi
Tarix: 27.11.2014 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Ermənistanın xarici işlər naziri Edvard Nalbadyanın İsveçə rəsmi səfəri çərçivəsində Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutunda “Cənubi Qafqazda Təhlükəsizlik Problemləri” mövzusunda məruzə ilə çıxış edib.
İşğalçı ölkənin naziri çıxışını bitirəndən sonra İsveç-Azərbaycan Gənclər Təşkilatı fəallarının suallarına tuş gəlib. Belə ki, təşkilatın aktivistləri - Rəsul Məcidov, Allahverdi Verdizadə, Aysel Yusubova və Mahirə Muxtarova erməni nazirə 4 sual ünvanlayıblar.
Verilən suallarda Ermənistanın 20 ildən artıqdır ki, Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistanı təcavüzkar dövlət kimi tanıyaraq, Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb etməsi qeyd olunub. Bundan başqa, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin erməni hərbi birləşmələri tərəfindən bir gecədə yer üzündən silinməsini, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla – 613 nəfər dinc Xocalı sakini qəddarlıqla qətlə yetirilməsini tədbir iştirakçılarının diqqətinə çatdıran İsveç-Azərbaycan Gənclər Təşkilatının fəalları, Edvard Nalbadyanın bu haqda fikirlərini bilmək istəyiblər.

Çətin anlar keçirən, tələbələrin suallarına destruktiv və uydurma dolu cavablar verən Edvard Nalbadyan, tədbirin bu şəkildə davam etməsindən narahat olduğu ifadə edib. Sualları cavablandırarkən əllərinin hərəkətindən və sifətindəki ifadədən açıq-aşkar əsəbi olduğu hiss olunan erməni nazirin, “salonun 90 faizini deyəsən azərbaycanlılar təşkil edir” ifadəsi, vəziyyətin onun üçün necə mürəkkəb olduğunu göstərirdi.
Qeyd edək ki, tədbirdə erməni diasporundan bir nəfərin belə iştirak etməməsi, Ermənistan hakimiyyəti ilə diaspor arasında olan problemlərdən xəbər verir, bu isə Edvard Nalbadyanın İsveçə olan səfərinin fiaskoya uğramasının dəlilidir.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi
17.03.2019
Azərbaycanın xarici işlər naziri Latın Amerikası ölkələrinə səfərə yola düşüb
16.03.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info