İran nümayəndə heyəti İqtisadiyyat və Sənaye Nazirliyində olub
Tarix: 27.11.2014 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


“XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq Sənaye Konfransında iştirak etmək üçün Bakıda səfərdə olan İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadənin başçılıq etdiyi nümayəndə heyəti İqtisadiyyat və Sənaye Nazirliyində olub. Nümayəndə heyətinə İranın rəsmi şəxsləri ilə yanaşı, sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları daxil idi.
İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin əməkdaşlığın genişləndirilməsində xüsusi önəmini qeyd edib. Bakıda keçirilən Beynəlxalq Sənaye Konfransında iştirakına görə İranlı nazirə təşəkkür edən Şahin Mustafayev tədbirin sənaye sahəsində əlaqələrin inkişafı və təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb. İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə qonaqpərvərliyə görə minnətdarlıq etmiş, Beynəlxalq Sənaye Konfransının əhəmiyyətini qeyd edib. Nemətzadə İranda sənaye parklarının fəaliyyət göstərdiyini diqqətə çatdıraraq, bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin faydalı olacağını vurğulayıb. Ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı görüşdə İran iş adamları təmsil etdikləri şirkətlərin fəaliyyəti barədə məlumat vermiş, kənd təsərrüfatı, əczaçılıq, metallurgiya və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
3 ayda Azərbaycan əhalisinin gəlirləri artaraq 12 milyard manatdan çox olub
24.04.2019
Övladlığagötürmədə bu tələblər də əksini tapacaq
24.04.2019
Yaxın vaxtlarda yataqxanalardakı 1200 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək
24.04.2019
Övladlığagötürmə: Yeni idarəetmə modelində valideyn-namizədlərin mənzil şəraiti və gəlirləri ilə bağlı tələblər də əksini tapacaq
24.04.2019
Əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən də həyata keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info