2015-ci ildə texnikumlara qəbul necə aparılacaq?
Tarix: 27.11.2014 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən verilən xəbərə əsasən, müraciətdə 11 illik bazadan kolleclərə və ali məktəblərə qəbulla bağlı bəzi əlavə məlumatlar açıqlanıb. Bildirilib ki, 11 illik bazada kolleclərə (texnikumlara) qəbul olmaq istəyən və orta məktəbi 2015-ci ildə bitirən abituriyentlər buraxılış imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edə bilərlər. Orta məktəbi əvvəlki illərdə bitirən və yalnız kolleclərin müsabiqəsində iştirak etmək istəyən şəxslər də eksternat qaydada buraxılış imtahanında iştirak edə və buraxılış imtahanının nəticələrinə əsasən kolleclərin müsabiqəsində iştirak edə bilərlər. Ancaq həm ali təhsil müəssisələrinin, həm də kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı ərizə verib müvafiq ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında iştirak etməlidirlər. Ali təhsil müəssisələrinə qəbulun nəticələri elan olunduqdan sonra həmin abituriyentlər kolleclərin müsabiqəsində iştirak edə bilərlər.
Qeyd olunub ki, bu haqda daha ətraflı məlumat "Abituriyent" jurnalının gələn ilin əvvəllərində nəşr olunacaq 1-ci sayında dərc olunacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir
15.01.2019
Nazirlik aydınlıq gətirdi – pensiyalar yaxın bir neçə gündə ödəniləcək
14.01.2019
“Azərbaycanda turizm sənayesi yaradılmalıdır”
14.01.2019
“İşsizin DOSTu” proqramı üzrə ictimai işlərə cəlb olunan şəxslərlə əmək müqaviləsi bağlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info