Sumqayıtın elektrik enerjisi təchizatı yaxşılaşdırılır
Tarix: 27.11.2014 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Sumqayıt şəhərinin və onu digər yaşayış məntəqələrinin elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması üçün cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan paylayıcı şəbəkələrdə əsaslı və cari təmir işləri həyata keçirilərək bir sıra mühüm işlər görülüb.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Sumqayıt EŞ”in balans mənsubiyyətinə aid olan bir neçə hava elektrik verilişi xətlərində məqsədyönlü təmir-bərpa işləri icra edilib, enerji daşıyıcılar daha da keyfiyyətli iş rejiminə gətirilib. Ümumiyyətlə, 10, 6 və 0,4 kV-lik EVX-lərdə müxtəlif təyinatlı təmir işləri həyat keçirilib. Eyni zamanda kabel xətti çəkilib, dayaqlar yenisi ilə əvəzlənib və düzləndirilib. Bütün bunlarla yanaşı HX-nə yaxın ağaclar budanıb və sallaq naqillər dartılıb. Bu da növbəti qış fəslində istehlakçıların elektrik enerjisindən istifadəsinə yüksək təminatın yaradılması deməkdir. “Ümumiyyətlə, burada texniki göstəricilərin daha da yaxşılaşdırılması məqsədilə şəbəkə üzrə həyata keçirilmiş yenidənqurma, əsaslı və cari təmir işlərin nəticəsidir ki, istehlakçılar daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilirlər. Eyni zamanda müəssisənin balans mənsubiyyətinə aid olan qurğu və avadanlıqların, xətlərin uzunömürlüyünü və dayanıqlığını artırmaq üçün daim profilaktiki işlər həyata keçirilir”, – deyən mənbə onu da bildirib həyata keçirilən tədbirlər nəticəsində müəssisənin digər texniki iqtisadi göstəricilərində müsbət dinamika müşahidə edilib. Belə ki, müəssisə üzrə cari ilin oktyabr ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki istehlak ilə müqayisədə 2 milyon kilovat-saata yaxın artaraq 74,3 milyon kilovat-saatdan artıq olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 16,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 4,5 milyon kilovat-saata yaxın çoxdur. Hesabat dövründə ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 11 faizə yaxın artıb.
Qeyd edək ki, cari ilin 10 ayı ərzində isə müəssisə üzrə ümumilikdə 761,4 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 3,3 milyon kilovat-saatdan çox artıb. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvafiq olaraq 189,4 milyon kilovat-saata yaxın və 36,2 milyon kilovat-saatdan artıq olub. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 3 faizdən çox artıb.
Tural





 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info