İlk Avropa Oyunları dünya mətbuatının diqqət mərkəzindədir
Tarix: 27.11.2014 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları dünya kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. Birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin sədri, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu iri idman tədbiri “Olimpiya Oyunlarının keçirilməsinə Bakının verdiyi ərizələrin uğuru üçün bir növ tramplin olacaq". Bu barədə "Associated Press" agentliyinə istinadən Qərbin aparıcı KİV-i yazır.
Agentlik Rəhimovun sözlərindən sitat gətirir: “Birinci Avropa Oyunları üçün infrastrukturların yüksək standartlara uyğun tikintisi gələcəkdə Azərbaycan paytaxtının olimpiya məqsədlərinə xidmət edəcək".
Bundan əvvəl Bakı 2016-cı və 2020-ci illər Olimpiya Oyunlarının keçirilməsi üçün ərizə versə də, uğursuz olub.
Rəhimovun sözlərinə görə, Avropa Oyunları Bakıda Olimpiya infrastrukturunun yaradılması və təkmilləşdirilməsi üçün fürsət yaradıb.
Nazir qeyd edib ki, hazırda Bakıda müasir texnologiya və avadanlıqlar tətbiq edilməklə Olimpiya standartlarına uyğun idman obyektləri tikilir.
Azad Rəhimov Avropa Oyunlarına hazırlıq işləri barədə məlumat verərək bildirib ki, Avropa Oyunları idmanın 20 növü üzrə keçiriləcək. Bu oyunlardan 16-sı olimpiya, 4-ü isə qeyri-olimpiya idman növüdür.
Parisdəki mətbuat konfransında Rəhimov bildirib ki, Bakıda idman obyektlərinin yaradılması çərçivəsində tikinti işləri qrafik üzrə gedir və gələn ilin fevral ayında başa çatacaq: "Bizim hazırlıq üçün cəmi 2,5 il vaxtımız olub, lakin hər şey Olimpiya Oyunlarının standartlarına uyğun keçiriləcək. Bu, çox yüksək səviyyədir və bizim gələcək ərizələrimiz üçün həqiqətən yaxşı şans verir".
Materialda qeyd edilir ki, Bakıda 6 min yerlik Su İdmanı Sarayının tikintisi, yolların və mövcud idman obyektlərinin yenidən qurulması həyata keçirilir.
Agentlik yazır ki, 2015-ci ildə Azərbaycanın Milli Olimpiya Komitəsinin 2024-cü il Olimpiya Oyunlarının keçirilməsi üçün ərizə verəcəyi gözlənilir. ABŞ, Fransa, İtaliya, Almaniya, Qətər və Türkiyədə bu olimpiadanın keçirilməsi üçün ərizə verə bilərlər.
Nəşr Fransanın Milli Olimpiya Komitəsinin rəhbəri Deni Masselyunun sözlərindən sitat gətirərək yazır ki, birinci Olimpiya Oyunlarının Bakıda keçirilməsi sübut edir ki, Azərbaycan paytaxtı heç bir problem olmadan Olimpiya Oyunlarının keçirilməsinə namizəd ola bilər.
Masselyu qeyd edib ki, "Əgər Paris 2024-cü il Olimpiya Oyunları uğrunda mübarizədə iştirak etməməyi qərara alarsa, Fransa Bakının namizədliyini dəstəkləyə bilər".
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info