Azərbaycanlılara qarşı soyqırımların tarixinin öyrənilməsində yeni mərhələ
Tarix: 27.11.2014 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akt zalında AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixli qərarı ilə yaradılmış “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının növbəti iclası keçirilib. AMEA vitse-prezidentinin köməkçisi Ağahüseyn Şükürovun verdiyi məlumata görə, iclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları komissiyasının işini müasir tələblər səviyyəsində təşkil etmək üçün bu qurumun nəzdində ayrı-ayrı istiqamətlər üzrə elmi bölmələrin yaradılmasının zəruriliyindən söz açıb. Müzakirələrdən sonra “Azərbaycanlılara qarşı soyqırımların tarixi” (rəhbəri müxbir üzv Yaqub Mahmudov), “Azərbaycanlılara qarşı soyqırımı siyasəti” (rəhbəri professor Musa Qasımlı), “Azərbaycanlıların deportasiyası tarixi” (rəhbəri tarix elmləri doktoru Kərim Şükürov), “Azərbaycanlılara qarşı soyqırımlar tarixi sənədlərdə” (rəhbəri professor Ataxan Paşayev), “Azərbaycanlılara qarşı soyqırımlar ədəbiyyatda və incəsənətdə” (rəhbəri akademik İsa Həbibbəyli), “Azərbaycanlılara qarşı soyqırımlar internetdə” (rəhbəri akademik Rasim Əliquliyev) bölmələrinin yaradılması qərara alınıb.
Bundan başqa, iclasda “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının 2015-ci il üçün fəaliyyət planının müəyyənləşdirilməsi məsələsi də müzakirə olunub. Müzakirələr əsasında 2015-ci ildə Milli Elmlər Akademiyasında “Azərbaycanlılara qarşı soyqırımı faciələri: tarixin yaddaşı və müasir baxışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilməsi qərara alınıb. Eyni zamanda, AMEA-nın elmi-tədqiqat institutlarında azərbaycanlılara qarşı soyqırımlara, Dağlıq Qarabağ, Xocalı soyqırımı, Naxçıvanda və Qubada soyqırımların tarixinə dair nəşr olunmuş kitabların müzakirələrinin keçirilməsi təklif edilib. Bundan başqa, “Azərbaycanlılara qarşı soyqırımlar sənədlərdə” adlı arxiv sənədlərini, fotoşəkilləri və dövri mətbuat materiallarını əks etdirəcək çoxcildli nəşrin hazırlanması məsələsi də nəzərdən keçirilib.
Komissiya Azərbaycanın qaçqınların məskunlaşdığı rayonlarında və döyüş bölgələrində elmi konfranslar və görüşlər keçirməyi də qərara alıb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info