Fransızlar ATİ kadrları ilə maraqlanırlar
Tarix: 27.11.2014 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm İnstitutunda fransalı qonaq, şərabçılıq üzrə ekspert-texnoloq Jeannot Montaneti ilə görüş keçirilib. Azərbaycan Turizm İnstitutunun rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov Heydər Əliyev Fondunun layihə rəhbəri Kərəm Qafarlı və fransalı qonaq, şərabçılıq üzrə ekspert-texnoloq cənab Jeannot Montaneti ilə məhz bu ali təhsil ocağında gerçəklənən tanışlıq görüşünün çox çəkmədən faydalı əməkdaşlığa çevriləcəyinə əminliyini bildirib. Qonaqlar söhbət əsnasında Şamaxı rayonunda layihə çərçivəsində yaradılacaq yeni şərabçılıq kompleksinin turizmlə əlaqələndirilməsi səbəbini həm elmi, həm də təsərrüfat baxımından üstünlüklərini diqqətə çatdırıblar. Onlar yeni şərabçılıq kompleksi mexanizminin işlənib hazırlanması prosesi zamanı Fransa və İtalyanın analoji bölgələrinin müsbət təcrübəsinə istinad edildiyini xüsusi vurğulayıblar. ATİ rəhbərliyi ilə görüşməkdə məqsəd isə 2017-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan kompleksdə çalışacaq kadrların hazırlıq səviyyəsini öyrənmək, eyni zamanda turizm xidmətləri üzrə tədqiqatların aparılması, təlimlərin keçirilməsi, məsləhət saatlarının təşkili kimi vacib problemləri müzakirə etməkdən ibarət olduğunu bildiriblər.
ATİ-nin rektoru C.Cəfərov qonaqların nəzərinə çatdırıb ki, təklif edilən layihə turizm sahəsinin çeşidləndirilməsi baxımından uğurludur. Məhz Şamaxı rayonunda daha bir sənaye sahəsinin- şərabçılıq kompleksinin yaradılması bölgənin sosial-iqtisadi baxımından inkişafına təkan verə bilər. Rektor C.Cəfərov daha sonra qeyd edib ki, Azərbaycanda Şərab yolları beynəlxalq mədəni turizm marşrutu və Aleksandr Düma beynəlxalq mədəni turizm marşrutları mövcuddur: “Yeni layihə qeyd edilən marşrutlarla əlaqələndirilərsə-fikrimcə daha da təkmilləşər. ATİ ali təhsil müəssisəsi olaraq inkişaf strategiyasında təhsil-təlim-tədqiqat-təcrübə modelinə üstünlük verdiyi üçün layihənin hazırlanması və icrası zamanı təlim, təcrübə, tədqiqat və məsləhət saatlarının təşkili istiqamətində fəaliyyət göstərə bilər”.
Görüşün sonunda Azərbaycan Turizm İnstitutu tərəfindən irəli sürülən təkliflərin müzakirə predmeti kimi gündəmə gətiriləcəyi qərara alınıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info