Baytarlıq müəssisələri özəlləşdiriləcək
Tarix: 27.11.2014 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Azərbaycanda baytarlıq xidmətlərini həyata keçirən idarə və müəssisələrin özəlləşdirilməsinə icazə veriləcək. Milli Məclisdən verilən məlumata görə, bu, Azərbaycan Prezidenti tərəfindən parlamentə tqədim edilmiş “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Hazırkı qanuna görə, baytarlıq xidmətləri orqanları özəlləşdirilməsi qadağan olunan dövlət mülkiyyətində saxlanılan dövlət əmlaklarıdır.
Yeni layihədə isə baytarlıq xidməti orqanları özəlləşdirilməsi qadağan olunan dövlət əmlaklarının siyahısından çıxarılıb.
Qeyd edilən qanuna dəyişiklik edilməsində məqsəd “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2014-cü il 16 aprel tarixli fərmanının müvafiq bəndinin icarısını təmin etməkdir. Fərmanda qeyd edilir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda baytarlıq xidmətlərini həyata keçirən idarə və müəssisələrin özəlləşdirilməsinə yol verilməsi ilə bağlı təkliflər hazırlansın.
Bu qanun layihəsinin müzakirəsi parlamentin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Ordubadlı nümunəvi ailə təsərrüfatlarının iş təcrübələri muxtar respublikada yayılır
25.05.2019
Beyləqandakı əmək yarmarkasında 54 nəfər işə göndəriş alıb
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info