“Rabitə” əsl xarakter nümayiş etdirdi
Tarix: 27.11.2014 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


“Rabitə”nin voleybolçusu Aurea Kruz Çempionlar Liqasının II turunda Kazan “Dinamo”su üzərində qələbəni şərh edib. Bakı klubunun kapitanı 3:2 hesablı qələbədə komandanın hər bir üzvünün xüsusi payının olduğunu deyib. Onun sözlərinə görə, 0:2 hesablı geridə olmalarına baxmayaraq, yekunda əzmkar qələbə qazanmaları növbəti uğurlarının başlanğıcıdır: “Dinamo”ya qarşı əla oynadıq. Əsl xarakter nümayiş etdirdik. Bununla ötən mövsüm Çempionlar Liqasının yarımfinalındakı məğlubiyyətin qisasını da aldıq”.
Qeyd edək ki, “Rabitə” voleybol klubu tarixi qələbə qazanıb. Bakılılar dünya və Avropa miqyaslı klub turnirlərində yubiley - 50-ci qalibiyyətlərini bayram ediblər. Bu, Çempionlar Liqasının II turunun Kazan “Dinamo”su ilə oyununa təsadüf edib. Qitənin ən nüfuzlu klub turnirinin son qalibi ilə görüşdə 3:2 hesablı əzmkar qələbə qazanan Dejan Brdjoviçin yetirmələri klublararası Dünya Çempionatı və avrokuboklardakı uğurlarının sayını 50-yə çatdırıb. Belə ki, fasiləsiz 8 mövsümdür avrokuboklarda iştirak edən, bunun nəticəsində 2 dəfə dünya çempionatına qatılan son illərin dəyişməz Azərbaycan çempionunun hesabında bu oyunadək 49 qalibiyyət var idi. Avrokuboklar və mundialda ümumilikdə 74-cü matçına çıxan “Rabitə” onların yalnız 24-də məğlub olub. Təmsilçimiz ilk qalibiyyətini 2007-ci il dekabrın 17-də Kiprin AEL klubu üzərində qazanıb. “Çelenc Cup”ın 1/16 final mərhələsinə təsadüf edən həmin ev oyununun taleyi 3 setdə həll olunmuşdu - 3:0. “Rabitə”nin qələbələrindən 6-sı dünya çempionatı, 6-cı “Çelenc Cup”, 5-i CEV və 33-i Çempionlar Liqasına təsadüf edib. Kazanlılarla oyun həm də doğma publika önündə yubiley qələbəsi olub. Qeyd edək ki, kazanlılarla 2012/2013 mövsümünə təsadüf edən ilk 2 qarşılaşmada eyni - 3:1 hesablı qələbə qazanan “Rabitə” bu il martında qeydə alınan yeganə məğlubiyyətinin əvəzini də çıxmış olub.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb
17.09.2018
Mina Abbasova növbəti qələbəsini də Azərbaycana həsr etdi
17.09.2018
“Fənərbağça” beşinci turda qalib gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info