Taekvondoçularımız Antalyada 14 medal qazanıb
Tarix: 27.11.2014 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


Türkiyənin Antalya şəhərində taekvondo üzrə keçirilən klublararası Avropa çempionatı başa çatıb. Taekvondo Federasiyasından verilən məlumata görə, Azərbaycan idmançıları 2-ci dəfə keçirilən G1 kateqoriyalı yarışda 5 qızıl, 3 gümüş və 6 bürünc medal qazanıblar.
Çempionata 7 komanda ilə qatılan klublarımızın heyətində Zəlimxan Rəsulov (63 kq, Neftçi İSM), Kamil Adbulrazakov (59 kq, Savalan), İlham Əliyev (45 kq, Sumqayıt TİM), İlayda Kardelen (44 kq) və Gülhanım Yeşildal (55 kq, hər ikisi Gilan) bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Həmyerlilərimizdən yalnız finalda uduzan Radik İsayev (87 kq, Gilan), Təhminə Hüseynli (44 kq, Sumqayıt TİM) və Məmmədəli Quliyev (55 kq, Neftçi İSM) gümüş medalla kifayətləniblər. Rəvan Hüseynov (48 kq), Rafaella Hüseynova (59 kq, hər ikisi Sumqayıt TİM), Minayə Əkbərova (33 kq), Əli İsazadə (45 kq, hər ikisi Gömrükçü), Məhəmmədyasin İbrahimov (58 kq) və Patimat Abakarova (49 kq, hər ikisi Savalan) isə 3-cü yeri tutublar. Bu nəticələrə əsasən klublar arasında kişilərin mübarizəsində “Neftçi” İSM, qadınların yarışında “Gilan” 2-ci, “Sumqayıt” TİM isə ilk “üçlüyü” tamamlayıb. Qeyd edək ki, ölkəmiz yarışa ümumilikdə 53 taekvondoçu ilə qatılmışdı.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Avro-2020: Xorvatiya 2:1 Azərbaycan
21.03.2019
Avro-2020: seçmə mərhələnin ilk qolu vurulub
21.03.2019
ABŞ beysbolçusu ən bahalı müqaviləyə imza atıb
21.03.2019
Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
20.03.2019
Millimiz ilk oyununda Rusiya ilə heç-heçə edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info